Toyuq, arxiv şəkli

Salmonella bakteriyası olan toyuqların Azərbaycana idxal təhlükəsi varmı?

950
(Yenilənib 16:52 09.08.2019)
Bu gün Azərbaycana on ölkədən toyuq əti idxal edilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Qonşu ölkədə toyuq ətində ölümcül bakteriya aşkarlanıb. Məlumatlara görə, Poti və Kulevi limanları vasitəsi ilə Gürcüstana idxalı planlaşdırılan dondurulmuş toyuq ətinin tərkibində Salmonella bakteriyası tapılıb. 

Bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qurumun Fitosanitar və Veterinar Yoxlama bölməsinin əməkdaşları sözügedən limanlarda Hollandiyadan idxal edilən 28 ton dondurulmuş toyuq ətinin tərkibini laboratoriya şəraitində yoxlayıblar. Yoxlama zamanı toyuq ətlərində salmonella bakteriyası aşkarlanıb. Bundan sonra toyuq ətləri geri göndərilib. Qeyd edək ki, Azərbaycan bir sıra ölkələrdən quş əti idxal edir. O ölkələrin içərisində Gürcüstan da var.  Sputnik Azərbaycan-ın əməkdaşı salmonella bakteriyası aşkarlanan toyuq ətinin ölkəmizə gətirilmə riskini araşdırıb.

Sputnik Azərbaycan-ın bu barədə sorğusuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilir ki, ölkəmizə Hollandiyadan quş əti məhsulları idxal edilmir: "Ümumiyyətlə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. 

Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər".

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstandan Azərbaycana tək-tək hallarda toyuq əti idxal edilir: "Bu gün Azərbaycana on ölkədən toyuq əti idxal edilir. Əsas idxalçılar isə Ukrayna və Rusiyadır ki, bu ölkələrdə də epizootik vəziyyət sabitdir".

A. Vəliyev həmçinin salmonella bakteriyasının təhlükəli virus olmadığını, toyuqlarda aşkarlandığını söyləyib.

950
Teqlər:
salmonella, Gürcüstan, idxal, toyuq
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

10
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Манаты и рубли разных номиналов, фото из архива

Rusiya rublu manat qarşısında geriləyib

10
Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci ilin noyabrın 30-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0344 manata yüksəlib, 1 Rusiya rublunun məzənnəsi 0,0224 manata enib, 1 türk lirəsi isə 0,2164 manata yüksəlib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

10
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, dollar, avro, valyuta, Rəsmi məzənnə, manat, rubl
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər