Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Noyabrdan qiymətlərin dəyişməsinin şahidi olacağıq"

© Sputnik / Alexey Malgavko / Mediabanka keçidТележка с мешком лука и картофеля
Тележка с мешком лука и картофеля - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Əgər fermerlər məhsullarını sığorta etsələr və təbii şəraitə görə kompensasiya alsalar, öz məhsullarının qiymətində güzəştə gedə bilərlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. "Havaların əlverişsiz keçməsi bir sıra kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasına təsir göstərib, amma bu, əsas səbəb deyil. Ölkənin kənd təsərrüfatı məhsullarının ixracında kifayət qədər artım var, amma istehsal həcmi buna uyğun olaraq artmayıb. Xaricə gedən məhsulların həcmi artdıqca, daxili bazarda təbii olaraq qıtlıq yaranır. Bu da qiymətlərin bahalaşmasına səbəb olur".

Сотрудница теплицы собирает помидоры, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pomidoru havaya "bağladılar" - qiymətində hiss olunacaq

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli bir sıra kənd təsərrüfatı məhsullarının qiymətindən danışarkən Sputnik Azərbaycan-a deyib.

O bildirib ki, ixrac müsbət haldır və ixracat potensialı artırılmalıdır: "Əsasən, hədəf kimi ixracat götürülüb və bu, müsbət haldır. Ölkəyə əlavə valyuta gətirilməsi üçün kənd təsərrüfatının potensialından istifadə etmək lazımdır. Amma paralel olaraq kənd təsərrüfatında həm məhsuldarlığın, həm də istehsal olunan məhsulun həcmi artmalıdır. Bu, olmalıdır ki, həm daxili bazarın tələbatını tam ödəsin, həm də məhsul ixrac etmək üçün imkanlar olsun".

"Əlaqədar qurumlar təşviq proqramları həyata keçirməlidir ki, istehsal sahələri və məhsuldarlıq artsın. Təxminən sentyabr ayının sonu oktyabr ayından başlayaraq yerli məhsullarda təbii azalma olacaq. Noyabrdan ənənəvi olaraq qiymətlərin artmasının şahidi olacağıq, yəni hər il bu, təkrarlanan prosesdir. Bunların hamısını nəzərə almaq lazımdır" - deyə o, qeyd edib.

Продукты на прилавке маркета - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Meyvə-tərəvəzin Rusiyadan qaytarılmasına agentlikdən reaksiya: "Həll elədik"

Onun sözlərinə görə, əgər fermerlər məhsullarını sığorta etsələr və təbii şəraitə görə kompensasiya alsalar, öz məhsullarının qiymətində güzəştə gedə bilərlər: "Digər tərəfdən, bölgələrin xüsusiyyətini nəzərə almaqla təbii fəlakətdən və yaxud yağıntıdan qorunmaq üçün tədbirlər görülə bilər. Bu tədbirlər istixanaların yaradılması, qoruyucu zolaqların salınması və s. ola bilər. Avropa ölkələrinin bir çoxunda əkin sahələrini küləkdən, ifrat yağıntılardan qorumaq üçün ətrafda yaşıllıq zolaqları salınır, yəni ağaclıqlar salınır. Bu da havaların əlverişsiz keçməsi nəticəsində dəyən zərəri azaltmaq üçün təbii bir maneə rolunu oynayır. Bu cür addımların atılmasına və kompleks şəkildə bu məsələyə yanaşmağa ehtiyac var".

İqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb ki, mövsüm dövrü olmasına rəğmən, bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır: "İstehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən az oldu. Əvvəla, yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az oldu. İkincisi, baryerlərə baxmayaraq Rusiya bazarı hələ də cəlbedicidir. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə yaxın fərq var. Bakıda məhsulları daha baha təklif edirlər".

Elektron qurğular - Sputnik Azərbaycan
Sabirabad fermerləri digər bölgələri qabaqlayırlar

Qiymətlərin optimallaşdırılması ilə bağlı ekspert deyib ki, öncə məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla regional paylaşdırılmasına nail olmaq lazımdır: "Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu da qiymətlərə birbaşa təsir göstərir. Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır. İkincisi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları paytaxtda daha çox fermer bazarlarının yaradılmasına nail olmalıdır. Bu fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər. "Kənddən şəhərə" layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur. Üçüncüsü, paytaxt bazarlarına fermerlərin daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır ki, rəqabətə nail olmaq mümkün olsun. Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümi təşviqi həyata keçirilməlidir". 

© ©Karikatura3 bacı dolması
Noyabrdan qiymətlərin dəyişməsinin şahidi olacağıq - Sputnik Azərbaycan
3 bacı dolması

Qeyd edək ki, iyulun 17-də Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov öz "Facebook" səhifəsində yazıb ki, indiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir: "Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir. Havaların əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazara məhsul təklifi azalır. Yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir".

"Bu cür hallara əvvəlki illərdə də rast gəlinib. Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamış, hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artmış və qiymətlər ciddi şəkildə aşağı düşmüşdü", - deyə o, qeyd edib.

Xəbər lenti
0