Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ümumi daxili məhsul artıb

© Sputnik / Murad OrujovДеньги, азербайджанские манаты, банкноты
Деньги, азербайджанские манаты, банкноты - Sputnik Azərbaycan
Abunə olmaq
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,5 faiz azalma olub

BAKI, 15 iyul — Sputnik. 2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37825,2 milyon manata çatıb, əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olub.

Рабочие в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Biriləri sevinəcək, o birilər xərcə düşəcək – Bazara yeni məhsul gəlir

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin payına düşüb. Digər 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, sənayedə 2,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 faiz, digər xidmət sahələrində 1,8 faiz artmış, tikintidə isə 11,2 faiz azalıb.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.

Xəbər lenti
0