Bank kartları, arxiv şəkli

Bank hesablarının məsafədən açılmasına başlanılır

29
(Yenilənib 21:02 12.07.2019)
Maliyyə Bazarlarına Nəzarət Palatasında bank hesablarının məsafədən açılması prosedurunun təqdimatı keçirilib

BAKI, 12 iyul — Sputnik. "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası növbəti uğura imza atıb. Belə ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edilib.

Bu barədə Palatadan Sputnik Azərbaycan-a məlumat verilib.

Palata tərəfindən "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları"nın təsdiq edilməsi nəticəsində müəyyən edilən bu prosedur bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsinə, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə müsbət təsir göstərəcək. Yeni prosedura əsasən, rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər bank hesablarının məsafədən açılması imkanı əldə edir. Bank hesablarının məsafədən açılması zamanı açılacaq hesabın növündən və bu hesab üzərindən həyata keçiriləcək ödəniş əməliyyatlarının məbləğindən asılı olaraq müxtəlif yanaşmalar müəyyən edilib. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, video görüntü, müvafiq informasiya resursunda autentifikasiya kimi üsullardan istifadə edilməklə açıla bilər.

Bununla əlaqədar olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və bank ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilərək bank hesablarının məsafədən açılması prosesi, bu sahədə atılacaq addımlar və nəzərə alınacaq məsələlər müzakirə edilib.

Qarşılıqlı müzakirələr şəraitində keçən təqdimat zamanı bank nümayəndələrinin məsafədən bank hesablarının açılması ilə bağlı çoxsaylı sualları cavablandırılıb və bu sahədə yeni həllərin tətbiqinə toxunulub.

29
Pul kisəsi, arxiv şəkli

Bir manat da xərclənməyib - Şahmar Mövsümov bloklanmış kartlar barədə

10
"Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq"

BAKI, 8 avqust — Sputnik. “190 manatla, xüsusi olaraq, bloklanmış kartlarla bağlı məsələyə cəmiyyət kimi baxmalıyıq”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  deyib.

O bildirib ki, pandemiya dövründə ən ehtiyaclı insanlara yardım etmək nəzərdə tutulub: “Müəyyən seçimlərdən sonra 600 min nəfərə bu ödənişin verilməsi qərara alındı. Biz ehtimal edirdik ki, bu insanlara 190 manat o qədər vacibdir ki, onlar həmin dəqiqə o pulu çıxarıb istifadə edəcəklər. Ancaq bloklanmış kartlardan heç bir manat da xərclənməyib. Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq. Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq. Həkimlərin maaşına, daha çox tibbi texnikanın alınmasına və s.”

10
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Prezident 190 manatla bağlı göstəriş verdi
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
Nazirlik 190 manatlıq yardımı qarpız partlatmağa xərcləyənlərə münasibət bildirdi – VİDEO
Açıq havada kafelər

Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq

304
"Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik"

BAKI, 8 avqust — Sputnik. Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunun üçün bircə əsas şərt var. Bu da sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.

304
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
İcazə sisteminin ləğvindən sonra rayonlara getmək üçün kağız tələb olunacaq
“Bakı bu axşam” pis bitdi, polis otağında başa çatdı
"Alovlanma başlasa, yenidən bağlanmalara məcbur olacağıq" - Şahmar Mövsümov
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
Gənələr

zaman bitəcək? Çində yeni virus yeddi adamı öldürdü

0
Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoyda daha 23 nəfərdə SFTS aşkarlanıb

BAKI, 8 avqust — Sputnik. Çində yeni növ, gənələr vasitəsilə keçən SFTS tipli virus yayılıb. Bu virusdan artıq minimum 7 nəfər ölüb, 60 nəfər yoluxan var.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Bu virus hələ 2011-ci ildə aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gənənin yoluxdurduğu insandan SFTS virusu digər insana qan və ya selikli qişa vasitəsilə keçə bilir. 

Nəşrin məlumatına görə, Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoy əyalətində daha 23 nəfərdə SFTS aşkarlanıb.

Həkimlər xatirladıblar ki, təhlükə mənbəyi gənə olduğundan, bütün təhlükəsizlik qaydalarına riayət edilərsə, panikaya əsas yoxdur. 

0
Əlaqədar
Koronavirusu spreylə dayandıracaqlar
Çində daha bir həyəcan – Bubon taunu səbəbindən fövqəladə vəziyyət
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?
Ultrabənövşəyi şüa koronavirusu öldürür
Spirt və xlor ən effektiv vasitədir