Neft, artxiv şəkli

Milyonlar gəlir Neftimiz ciddi bahalaşıb

30
(Yenilənib 12:01 11.07.2019)
Dünya birjalarında neftin qiyməti bahalaşır

BAKI, 11 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,33 dollar artaraq 68,11 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,02 dollar artaraq 67,03 dollar, "Light" markalı neftin qiyməti isə 0,07 dollar bahalaşaraq 60,50 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

30
Azərbaycan manatı, arxiv şəkli

Əmanətlər üzrə kompensasiyaların verilməsi üçün hökumətə müraciət olundu

0
(Yenilənib 22:12 06.07.2020)
Əmanətçilərin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb

BAKI, 6 iyul — Sputnik. Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən ləğv prosesində olan "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb.

ADIF-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ləğv prosesində olan "Atabank", "AG Bank" və "NBC Bank"da maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilib.

Təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunmuş, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.

Bundan əlavə, "Atabank"a təyin olunmuş müvəqqəti inzibatçının ADIF-ə təhvil verdiyi ləğv prosesində olan "Atabank"ın əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.

"Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb", - deyə ADIF-dən bildirilib.

0
Səüdiyyə Ərəbistan brokeri, arxiv şəkli

Səudiyyə Ərəbistanından gözlənilməz addım: neftin qiyməti indi fərqli olacaq

111
(Yenilənib 14:55 06.07.2020)
"Saudi Aramco" şirkəti avqustda Asiyaya tədarük olunacaq "Arab Light" neftinin qiymətini 1 dollar artırıb və onu 1,20 dollara satacaq.

BAKI, 6 iyul — Sputnik. Səudiyyə Ərəbistanı avqustda Asiya, ABŞ və Şimali Avropadakı müştərilərinə çatdırılacaq neftin qiymətini qaldırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyinə iki mənbə qiymət sənədlərinə istinadən bildirib. 

Belə ki, "Saudi Aramco" şirkəti avqustda Asiyaya tədarük olunacaq "Arab Light" neftinin qiymətini 1 dollar artırıb və onu 1,20 dollara satacaq.

Bloomberg isə xəbər verir ki, "Saudi Aramco" ABŞ üçün qiymətləri 0,20-0,40 dollar arasında artırıb və "Light" markası 0,30 dollar bahalaşaraq 1,65 dollara satılacaq.

Əsas mərkəzi Rotterdam olan şimal-qərbi Avropadakı istehlakçılara satılan markaların da əksəriyyəti bahalaşıb.

Azalmalar yeganə olaraq Aralıq dənizi bölgəsində müşahidə edilib. "Saudi Aramco" bu bölgə üçün neftin qiymətini 1 dollar aşağı salıb.

Avqust ayı üçün qiymətlər hazırda aşağıdakı kimidir (köhnə qiymət üstəgəl artım):

"Super Light" - 2.65 dollar (1.65 +1.00)

"Extra Light" - 1.20 dollar (0.20 +1.00)

"Light" - 1.20 dollar (0.20 +1.00)

111
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Səudiyyə Ərəbistanı yeni müharibə ilə hədələdi, neft qiymətləri kəskin düşə bilər
Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
Qiymət yenə bahalaşıb, amma bu artım bizi sevindirir
Azərbaycanda Aİ-95 benzin niyə bahalaşıb? - RƏSMİ
Azərbaycanda və dünyada elektrik enerjisi - iyirmi il sonra bizi nə gözləyir
London, arxiv şəkli

Fərdi sanksiyalar! Britaniya rusiyalılara səudiyyəlilərə qarşı "müharibəyə" başlayır

0
(Yenilənib 23:01 06.07.2020)
Bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq.

BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi "Maqnitski düzəlişi" çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. "Financial Times" yazır ki, sanksiya siyahısında "işgəncə icraçılarının, qatillərin və təcavüzkarların" adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq.

0