Valyuta məzənnələri, arxiv şəkli

Bir vaxtlar əllərindən tərpənmək olmurdu - "exchange"lər niyə geri dönmür?

900
(Yenilənib 21:04 09.07.2019)
Ekspert: ""Exchange"lər bankda 50 min manat və 50 min dollar məbləğində depozit saxlamalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Valyutadəyişmə məntəqələri ("exchange"lər) niyə bazara geri dönmür? Hazırda valyuta satışı ilə banklar məşğul olur.

Valyutadəyişmə məntəqələrinin niyə bazara qayıtmadığını ekspertlər Sputnik Azərbaycan-a şərh ediblər.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, qanunvericilikdə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq üçün heç bir problem yoxdur, sadəcə valyutadəyişmə məntəqəsi açmaq sərf etmir: "Çünki "Exchange"lərin açılması üçün banklarda müəyyən məbləğdə depozit saxlamaq lazımdır. "Exchange"lər bankda 50 min manat və 50 min dollar məbləğində depozit saxlamalıdır. "Exchange"lər bir qayda olaraq kiçik biznesdir və onlar üçün bu pul çox böyükdür. Bu vəsaiti bankda depozit kimi saxlayıb işlətməmək, dövriyyədən çıxartmaq "Exchange"lərə sərf etmir. Amma hesab edirəm ki, bu depozit tələbi düzgündür. Əgər heç bir depozit tələbi olmasa valyutadəyişmə məntəqələri istədiklərini edə bilərlər".

Onun sözlərinə görə, digər tərəfdən, bir neçə il bundan əvvəl Azərbaycanda "exchange"lərin geniş yayıldığı dövrlərdə bu fəaliyyət sərf edirdi: "Çünki o vaxt Mərkəzi Bankın valyuta əməliyyatlarına dair marja tələbi var idi. Yəni bankların, "exchange"lərin valyuta mübadilə məzənnəsi Mərkəzi Bankın məzənnəsindən 2 faiz fərqlənə bilərdi. Sonra isə bu rəqəmi 4 faizə qaldırdılar. Banklar bu tələbə əməl edirdi. "Exchange"lər isə çox olduğu üçün onlara nəzarət etmək çətin idi və bəzən onlar bu tələbə riayət etmirdilər. Nəticədə valyutadəyişmə məntəqələri banklarla qeyri-sağlam, qeyri-bərabər rəqabət apararaq yaxşı qazanırdı".

Həsənov bildirib ki, artıq bir neçə ildir ki, marja tələbi yoxdur: "Hansı məzənnə ilə istəyirlər pulu dəyişirlər, o cümlədən banklar. Ona görə də "exchange"lərin banklar üzərində bir üstünlüyü yoxdur və onlara fəaliyyət göstərmək sərf etmir. Bu məsələdə banklar ilə "exchange"lər arasında yeganə fərq qeyri-iş saatlarıdır, qeyri-iş günləridir. Bank filialları, bank ofisləri saat 6-da bir qayda olaraq bağlanır, "exchange"lər isə işləyir. Amma bəzi bank filialları da daimi fəaliyyət göstərir və onların ünvanları bəllidir. Ona görə kimə təcili pul lazımdırsa, uzağı gedib orda dəyişəcək".

"Bundan başqa, valyuta bazarında aktivlik yoxdur. Aktivlik yoxdursa, "exchange" qazanc əldə edə bilməyəcək" - o qeyd edib.

Xarici tursitlərə gəlincə ekspert bildirib ki, onların çoxunda plastik kartlar var: "Həmin plastik kartlar ilə nağdsız ödəniş edə, Azərbaycan manatını bankomatdan çıxara bilərlər. Əgər xarici turistin plastik kartı yoxdursa, qeyri-iş saatlarında, qeyri-iş günlərində fəaliyyətdə olan banklardan gedib pulunu dəyişə bilər. Düşünürəm ki, bu gün "exchange"lərin fəaliyyətinə böyük ehtiyac yoxdur".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, 2016-ci ildə ölkədə valyutadəyişmə məntəqələrinin qapadılması doğru deyildi və 4 minə yaxın insan işsiz qaldı: "O zaman məzənnə ilə bağlı ajiotajın yarandığını nəzərə alaraq bu addımı atdılar. Amma, əksinə, "exchange"lər bağlandıqdan sonra "qara bazar" yarandı. Lakin bu məsələ Mərkəzi Bankın müdaxilələri ilə öz həllini tapdı. Hazırda qanunvericilikdə valyutadəyişmə məntəqələrinin yaradılması nəzərdə tutulur, amma bununla bağlı qanunvericilik çox sərtdir. Təxminən 100-120 min manata yaxın vəsait lazımdır ki, valyutadəyişmə məntəqəsi qanunda nəzərdə tutulmuş kriteriyalara uyğun olaraq açılsın. Bu da iş adamlarına və fiziki şəxslərə sərf etmir. Banklar isə valyutadəyişmə əməliyyatlarını həyata keçirirlər".

"Depozit tələbi, yerin standartlara uyğun təşkili yəni, güllə keçirməz şüşə, yanmaz seyf və s. iş adamlarına sərf etmir. Xərclər çox olduğuna görə valyutadəyişmə məntəqələrinin açılması bu qədər yubanır. "Valyuta tənzimi haqqında" qanunda valyutadəyişmə məntəqələri ayrıca nəzərdə tutulub" - o bildirib.

Ekspertin fikrincə, valyutadəyişmə məntəqələrinin yaradılmasına ehtiyac var: "Exchange"lərin açılması üçün tələblər asanlaşsa, bu sahədə kifayət qədər iş yerlərinin yaradılması potensialı da var. Ən azı 2-3 min nəfərin işlə təmin edilməsi mümkün olar".

Qeyd edək ki, "Valyuta tənzimi haqqında" qanuna görə, bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Ərizə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Maliyyə bazarlarına nəzarət orqanı ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməli və ya bu barədə məlumatı sifarişli poçt göndərişi vasitəsilə ona göndərməlidir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilir.

Onu da qeyd edək ki, 2017-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nı təsdiq edib.

900
Azərbaycan manatı, arxiv şəkli

Əmanətlər üzrə kompensasiyaların verilməsi üçün hökumətə müraciət olundu

1
(Yenilənib 22:12 06.07.2020)
Əmanətçilərin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb

BAKI, 6 iyul — Sputnik. Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən ləğv prosesində olan "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb.

ADIF-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ləğv prosesində olan "Atabank", "AG Bank" və "NBC Bank"da maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilib.

Təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunmuş, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.

Bundan əlavə, "Atabank"a təyin olunmuş müvəqqəti inzibatçının ADIF-ə təhvil verdiyi ləğv prosesində olan "Atabank"ın əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.

"Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb", - deyə ADIF-dən bildirilib.

1
Səüdiyyə Ərəbistan brokeri, arxiv şəkli

Səudiyyə Ərəbistanından gözlənilməz addım: neftin qiyməti indi fərqli olacaq

116
(Yenilənib 14:55 06.07.2020)
"Saudi Aramco" şirkəti avqustda Asiyaya tədarük olunacaq "Arab Light" neftinin qiymətini 1 dollar artırıb və onu 1,20 dollara satacaq.

BAKI, 6 iyul — Sputnik. Səudiyyə Ərəbistanı avqustda Asiya, ABŞ və Şimali Avropadakı müştərilərinə çatdırılacaq neftin qiymətini qaldırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyinə iki mənbə qiymət sənədlərinə istinadən bildirib. 

Belə ki, "Saudi Aramco" şirkəti avqustda Asiyaya tədarük olunacaq "Arab Light" neftinin qiymətini 1 dollar artırıb və onu 1,20 dollara satacaq.

Bloomberg isə xəbər verir ki, "Saudi Aramco" ABŞ üçün qiymətləri 0,20-0,40 dollar arasında artırıb və "Light" markası 0,30 dollar bahalaşaraq 1,65 dollara satılacaq.

Əsas mərkəzi Rotterdam olan şimal-qərbi Avropadakı istehlakçılara satılan markaların da əksəriyyəti bahalaşıb.

Azalmalar yeganə olaraq Aralıq dənizi bölgəsində müşahidə edilib. "Saudi Aramco" bu bölgə üçün neftin qiymətini 1 dollar aşağı salıb.

Avqust ayı üçün qiymətlər hazırda aşağıdakı kimidir (köhnə qiymət üstəgəl artım):

"Super Light" - 2.65 dollar (1.65 +1.00)

"Extra Light" - 1.20 dollar (0.20 +1.00)

"Light" - 1.20 dollar (0.20 +1.00)

116
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Səudiyyə Ərəbistanı yeni müharibə ilə hədələdi, neft qiymətləri kəskin düşə bilər
Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
Qiymət yenə bahalaşıb, amma bu artım bizi sevindirir
Azərbaycanda Aİ-95 benzin niyə bahalaşıb? - RƏSMİ
Azərbaycanda və dünyada elektrik enerjisi - iyirmi il sonra bizi nə gözləyir
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0