Kommunal ödəniş qəbzləri

Energetika Nazirliyində inzibati xətalarla bağlı baxılan işlərin sayı məlum oldu

18
(Yenilənib 13:27 08.07.2019)
Təbii qazla bağlı 121 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib

BAKI, 8 iyul — Sputnik. 2019-cu ilin I yarısında Energetika Nazirliyində inzibati xətalarla bağlı 469 işə baxılıb. Bunlardan 435-i təbii qaz, 34-ü isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 121 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Bu barədə Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Nazirlik tərəfindən Beyləqan, Şəmkir, Gədəbəy, Quba, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 128 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 19 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 167 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

6 ay ərzində Mingəçevir, İmişli, Şabran, Lənkəran, Qəbələ, Ağdaş, Ucar, Qazax və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 17 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 12 iş üzrə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 3 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.

Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən "ASAN Ödəniş" sistemində yerləşdirilməsi təmin edilib.

18
Azərbaycan manatı, arxiv şəkli

Əmanətlər üzrə kompensasiyaların verilməsi üçün hökumətə müraciət olundu

1
(Yenilənib 22:12 06.07.2020)
Əmanətçilərin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb

BAKI, 6 iyul — Sputnik. Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən ləğv prosesində olan "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb.

ADIF-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ləğv prosesində olan "Atabank", "AG Bank" və "NBC Bank"da maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilib.

Təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunmuş, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.

Bundan əlavə, "Atabank"a təyin olunmuş müvəqqəti inzibatçının ADIF-ə təhvil verdiyi ləğv prosesində olan "Atabank"ın əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.

"Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb", - deyə ADIF-dən bildirilib.

1
Səüdiyyə Ərəbistan brokeri, arxiv şəkli

Səudiyyə Ərəbistanından gözlənilməz addım: neftin qiyməti indi fərqli olacaq

116
(Yenilənib 14:55 06.07.2020)
"Saudi Aramco" şirkəti avqustda Asiyaya tədarük olunacaq "Arab Light" neftinin qiymətini 1 dollar artırıb və onu 1,20 dollara satacaq.

BAKI, 6 iyul — Sputnik. Səudiyyə Ərəbistanı avqustda Asiya, ABŞ və Şimali Avropadakı müştərilərinə çatdırılacaq neftin qiymətini qaldırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyinə iki mənbə qiymət sənədlərinə istinadən bildirib. 

Belə ki, "Saudi Aramco" şirkəti avqustda Asiyaya tədarük olunacaq "Arab Light" neftinin qiymətini 1 dollar artırıb və onu 1,20 dollara satacaq.

Bloomberg isə xəbər verir ki, "Saudi Aramco" ABŞ üçün qiymətləri 0,20-0,40 dollar arasında artırıb və "Light" markası 0,30 dollar bahalaşaraq 1,65 dollara satılacaq.

Əsas mərkəzi Rotterdam olan şimal-qərbi Avropadakı istehlakçılara satılan markaların da əksəriyyəti bahalaşıb.

Azalmalar yeganə olaraq Aralıq dənizi bölgəsində müşahidə edilib. "Saudi Aramco" bu bölgə üçün neftin qiymətini 1 dollar aşağı salıb.

Avqust ayı üçün qiymətlər hazırda aşağıdakı kimidir (köhnə qiymət üstəgəl artım):

"Super Light" - 2.65 dollar (1.65 +1.00)

"Extra Light" - 1.20 dollar (0.20 +1.00)

"Light" - 1.20 dollar (0.20 +1.00)

116
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Səudiyyə Ərəbistanı yeni müharibə ilə hədələdi, neft qiymətləri kəskin düşə bilər
Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
Qiymət yenə bahalaşıb, amma bu artım bizi sevindirir
Azərbaycanda Aİ-95 benzin niyə bahalaşıb? - RƏSMİ
Azərbaycanda və dünyada elektrik enerjisi - iyirmi il sonra bizi nə gözləyir
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0