CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq bank kartları daha işləməyəcək

© AFP 2023 / DAMIEN MEYER Kredit kartları, arxiv şəkli
Kredit kartları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın işğal olunmuş ərazilərində bankomat şəbəkəsi üzərindən ödəniş kartlarının qəbulu dayandırılıb

BAKI, 5 iyul — Sputnik. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib.

Azərbaycan manatı və kalkulyator, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qırx beş minə yaxın vətəndaş kompensasiya alıb, kartı olanlar isə...
 Həmçinin, qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. Palata tərəfindən aşkar olunmuş faktlar əsasında "Visa Inc." və "MasterCard Worldwide" beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək, bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Yeni qərar bank sektoruna ciddi təsir edəcək

Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb.

Palata olaraq ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi daim monitorinq olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti
0