Əkin sahəsi , arxiv şəkli

"Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün ciddi risk yaradır"

37
(Yenilənib 18:13 02.07.2019)
Ekspert: "Meyvəçilikdə mövsümün bu çağında yağıntıların düşməsi nəticəsində havada nəmlik normasının artması xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan "dəmgil"in aktivləşməsinə səbəb olur"

BAKI, 2 iyul — Sputnik. "Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk faktorları yaradır. Buna daha çox "bitkilər üçün stres amilləri" deyə bilərik".

Bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli "Facebook" səhifəsində yazıb.

Ekspert bildirib ki, meyvəçilikdə mövsümün bu çağında yağıntıların düşməsi nəticəsində havada nəmlik normasının artması xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan "dəmgil"in aktivləşməsinə səbəb olur: "Bağban dəmgilə qarşı yalnız kimyəvi mübarizə tədbiri aparmalıdır ki, bu da qulluq işlərinin artması və məhsula çəkilən xərclərin yüksəlməsi ilə müşahidə olunur. Mövsümün ən sevilən giləmeyvəsi olan gilasa mənfi təsir göstərir. Ağacın üzərində qalan, yığılmamış gilasa yağış dəyərsə çatlama əmələ gəlir və məhsulun əmtəə görünüşü itir. Üstəgəl, mövsümün əsas zərərvericiləri olan "şərq meyvəyeyəni", "şərq alma yeyəni" və Kaliforniya yastacasının aktiv fazasıdır ki, onlara qarşı da ayrıca mübarizə aparılmalıdır".

Onun sözlərinə görə, üzümçülükdə temperaturun qəflətən yüksəlməsi üzüm tinglərində su balansını pozur, qarsılma halları yaradır, gilələrdə günəş yanıqlarının və büzüşmələrin əmələ gəlməsinə səbəb olur: "Havanın rütubətli olması və gecə müşahidə edilən soyuqlar bir sıra göbələk xəstəliklərinin aktiv (mildiu, oidium, ölü kol və s.) inkişafına səbəb olur. Digər tərəfdən hava şəraitində, xüsusən də gündəlik tempuraturda müşahidə edilən kəskin tərəddüdlər (amplitud) üzümdə metobolizm, fotosintez kimi fizioloji proseslərin pozulmasına səbəb olur ki, sonda bu da məhsulun keyfiyyətinə mənfi təsir edir".

"Əkinçilikdə biçində ciddi fasilələr yaradır, tam yetişərək biçilmə mərhələsinə çatmış taxıl sahələrində yatma, dən tökülməsi kimi fiziki itkilərə gətirib çıxarır, üstəgəl biçilmiş məhsul xırmanda düzgün yerləşdirilməyibsə, nəm havaların təsiri ilə çürüməyə səbəb ola bilər. Mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çuğunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır", - deyə o qeyd edib.

N.Nəsirli qeyd edib ki, yemçilikdə biçin prosesində fasilələrə səbəb olur, biçilərək sahədə quruma mərhələsində olan otun keyfiyyətinə pis təsir göstərir, ot qaralır və təsərrüfat əhəmiyyəti itir. Tərəvəzçilikdə açıq sahədə salınmış bitkilərdə çiçəklərin tökülməsi, əzilmə, aşma kimi hallar yaradaraq məhsulun bəri başdan əmtəəlik qabiliyyətini aşağı salır.

"Heyvandarlıq yeganə sahədir ki, belə havalar iri və xırda buynuzlu heyvanlarda, eyni zamanda quşçuluqda ideal havalar sayılır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, heyvan daha iştahla yeyir və özünü bir növ komfortlu hiss edir", - ekspert əlavə edib.

37
ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Robert OBrayen

ABŞ G7 sammitinin vaxtını dəyişdi

9
(Yenilənib 21:06 24.05.2020)
ABŞ Prezidenti Donald Tramp bundan öncə bəyan eləmişdi ki, “Böyük yeddiliyin” sammitinin Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahında keçirilməsi imkanını nəzərdən keçirir

BAKI, 24 may - Sputnik. ABŞ Vaşinqtonda gələn ayın 10-da keçirilməsi planlaşdırılan G7 sammitinin vaxtını koronavirus pandemiyasına görə iyunun sonuna keçirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen deyib.

“G7 sammiti əgər şəxsi formatda keçərsə (yəni biz fikirləşirik ki, o keçiriləcək), o zaman iyunun sonunda baş tutacaq. Hesab edirəm ki, biz (koronavirusa yoluxmanın) pik həddinə yaxınıq, bəlkə də Vaşinqtonda artıq onun üzərindəyik”, - deyə O`Brayen CBS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, G7-nin bütün liderləri videokonfransdansa şəxsi görüşü üstün tuturlar.

“Biz liderlərin buraya, Vaşinqtona gələ bilmələri üçün əvvəlcə hər kəsin (koronavirus) testindən keçəcəyinə, şəraitin təhlükəsiz olacağına əmin olmalıyıq.  <…> Biz iyunun sonunu ona görə nəzərdən keçiririk ki, dünya liderlərinin logistikasına uyğun olsun, tədbirin planlaşdırılması və təhlükəsizliyin təminatı detallarını təmin edə bilək”, - O`Brayen əlavə edib.

ABŞ Prezidenti Donald Tramp bundan öncə bəyan eləmişdi ki, “Böyük yeddiliyin” sammitinin Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahında keçirilməsi imkanını nəzərdən keçirir və bunu pandemiyadan “qurtulmaq” rəmzi kimi görür.

9
Əlaqədar
Onu maska ilə tutdular! Tramp qanuna zidd gedə bilmədi
Camaat canının hayında, o isə qolf oynayır - VİDEO
Trampın “dərmanları” işə yaramadı
“Mən Putinin xoşuna gəlirəm, amma o mənim qələbəmi istəmir”
Qaz plitəsi, arxiv şəkli

Ukrayna əhali üçün qazın qiymətini yarıbayarı azaltdı

14
(Yenilənib 23:39 22.05.2020)
“Naftoqaz” bu dinamikanı ümumdünya iqtisadi böhranı və enerjidaşıyıcıların qiymətinin çökməsi ilə izah edir. Üstəlik, anomal isti qış səbəbindən Ukraynada qaz anbarları vaxtından əvvəl dolub

BAKI, 23 may - Sputnik. Ukraynada əhali və istehsal müəssisələri üçün qazın topdansatış qiyməti may ayında aprelə nisbətən 21% azalıb.

Spiutnik Azərbaycan bildirir ki, bu barədə “Naftoqaz” öz saytında məlumat yayıb.

Bildirilir ki, ümumilikdə ilin əvvəlindən bu yana bu azalma 51%-ə çatıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalma edir.

“Naftoqaz” bu dinamikanı ümumdünya iqtisadi böhranı və enerjidaşıyıcıların qiymətinin çökməsi ilə izah edir. Üstəlik, anomal isti qış səbəbindən Ukraynada qaz anbarları vaxtından əvvəl dolub.

Qazın qiyməti indi bir kubmetrə görə 2.3 qrivna, yaxud 85 dollar/1000 kubmetrdir (ƏDV-siz və yanacağın nəqli xərcləri çıxılmaqla). Bu, son günlər ən iri Avropa habı TTF-dəkindən 2.5 dəfə çox, Rusiyadan isə təxminən iki dəfə azdır.

Bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan qaz qiymətlərinin endirilməsini xahiş etmişdi. Çünki, onun sözlərinə görə, hətta Almaniya da Rusiya qazını iki dəfə ucuz alır. Eyni xahişi Qırğızıstan etsə də, Vladimir Putin faktiki olaraq onlara bu güzəştə getməyəcəyini deyib. Bunu isə qiymətin xərclər və tədarükçülərin investisiyaları da nəzərə alınmaqla bazar konyunkturası əsasında formalaşması ilə izah edib.

14
Əlaqədar
Dünya bazarında təbii qaz hansı səbəblərdən bahalaşır – ekspert şərhi
Nikol Paşinyan yenə də Rusiyadan narazı qalıb
Neft qiymətləri aylıq rekordu qırıb
Xətti təmir edənə mane oldular - indi 100 ailə qazsız oturub
Monteneqro, arxiv şəkli

Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi

0
(Yenilənib 12:27 25.05.2020)
Məlumatda vurğulanır ki, martın 17-də Monteneqroda ilk virusa yoluxma halı qeydə alındığı vaxt ölkə koronavirusun olmadığı yeganə ölkə idi.

BAKI, 25 may — Sputnik. Monteneqro hökuməti bəyan edib ki, ölkədə koronavirus diaqnozu qoyulan bütün xəstələr sağalıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Monteneqro Nazirlər Kabineti məlumat yayıb.

"Ölkəmizdə artıq COVID-19 virusuna yoluxan xəstə qalmayıb", - deyə məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, martın 17-də Monteneqroda ilk virusa yoluxma halı qeydə alındığı vaxt ölkə koronavirusun olmadığı yeganə ölkə idi.

Qeyd edək ki, mayın 15-də Sloveniya koronavirus epidemiyası üzərində qələbə qazandığını və bəzi karantin tədbirlərinin aradan qaldırıldığını elan edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu keçib, 345 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

"Son iki ay ərzində Sloveniya epidemiyanı dəf edib... Bu gün bütün Avropada ən yaxşı epidemioloji mənzərə bizdədir", - Sloveniyanın Baş naziri Yanez Yanşa bildirib.

0