Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Facebook”un kriptovalyutası gəlir: Təhlükəmi, yoxsa xeyirmi

© AP Photo / Kamran JebreiliFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “Azərbaycan daxil olmaqla region ölkələr kriptovalyuta dövrünə hazır olmalıdır”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. "Facebook" öz kriptovalyutası olan "Libra"nı 2020-ci ildə bazara çıxaracağını və yeni xidmətlə istifadəçilərin qənaət, xərc və pul transferi edə bilmələrini hədəflədiyini açıqlayıb.

Bitkoinin məzənnəsi - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Bitkoin: gələcəyin valyutası, yoxsa böyük tələ?

İqtisadçı-ekspert Vüqar Bayramov "Libra"nın bazara çıxarılmasını və bunun ölkələrə təsirinin olub-olmayacağını Sputnik Azərbaycan-a şərh edib.

Ekspert bildirib ki, "Facebook" gəlir əldə etmək imkanına malik olan şəbəkədir, çünki üzvlərinin sayı çoxdur və əhatəliliyi kifayət qədər yüksəkdir: “Bu da "Facebook"a yalnız reklamlardan deyil, eyni zamanda digər xidmətlər təklif etməklə gəlir əldə etmək imkanı verir. Son illər "Facebook"un aktivlərinin bahalaşması birbaşa onunla bağlıdır ki, sosial şəbəkənin kriptovalyuta dövriyyəyə buraxmaq imkanları mövcuddur. "Facebook" üzvlərinin sayının artması faktorundan istifadə etməklə kriptovalyuta bazarına daxil olmağa çalışır”.

"Facebook"un son açıqlaması kriptovalyuta bazarında canlanmanın da yaranmasına gətirib çıxardıb. Son günlər "Facebook"un kriptovalyuta bazarına daxil olacağını rəsmən açıqlaması ilə kriptovalyutaların, o cümlədən Bitkoinin qiymətində artımlar var” – deyə iqtisadçı deyib.

Onun sözlərinə görə, "Facebook"un öz kriptovalyutasını texniki baxımdan yaratmaq imkanları var: “Çünki bu sosial şəbəkənin istifadəçilərinin sayı, şəbəkə üzərindən göstərilən xidmətlərin sayı çoxdur. Bu da nəticədə insanların öz vəsaitini "Facebook" kriptovalyutasında saxlamasına və "Libra" ilə ödəniş etməsinə gətirib çıxarda bilər. Bu da "Facebook" kriptovalyutasının bazarda özünü təsdiq etməsinə səbəb olar”.

Ekspertin fikrincə, burada ölkələrin mövqeləri çox önəmli olacaq: “Mərkəzi Banklar bütövlükdə virtual valyuta bazarının və kriptovalyutaların dövriyyəsinin genişləndirilməsində maraqlı olmalıdır. Amma Azərbaycanda hələlik kompleks tədbirlərin həyata keçirildiyi müşahidə olunmur. Ona görə də ölkəmizdə bu istiqamətdə strategiyanın, tədqiqatların olmasına baxmayaraq Mərkəzi Bank tərəfindən kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Mərkəzi Bank çalışmalıdır ki, məhz növbəti dövrdə yalnız bank sektorunu deyil, həm də potensial müştəriləri, eləcə də istifadəçiləri kriptovalyuta dövrünə hazırlasın”.

"Facebook"un kriptovalyutasını dövriyyəyə buraxması həm də virtual bazarın dövriyyəsinin artması anlamına gələcək. Bu kontekstdən yalnız aparıcı ölkələrin Mərkəzi Bankları deyil, o cümlədən Azərbaycan daxil olmaqla region ölkələr də kriptovalyuta dövrünə hazır olmalıdır” – deyə o qeyd edib.

İqtisadçının sözlərinə görə, bununla bağlı hələlik bankların fəaliyyətinin tamamən məhdudlaşması gözlənilmir: “Dövriyyəyə buraxılan kriptovalyutalar mərkəzləşdirilməmiş kriptovlayutalardır. O baxımdan bankların fəaliyyətini tam olaraq məhdudlaşdırmayacaq. Amma nəticədə bankların prosesə hazır olmasına ehtiyac var. Çünki blokçeyn texnologiyası bank xidmətləri olmadan əməliyyatların həyata keçirilməsinə imkan verir. Ona görə də bu, gələcəkdə ənənəvi bank xidmətlərinə tələbin azalmasına gətirib çıxarda bilər”.

Bitkoin - Sputnik Azərbaycan
Dünya nəhənginin şefi: "Kriptovalyutalar qadağan edilsin"

“Azərbaycanda da kommersiya bankları daha innovativ məhsullar, xidmətlər təklif etməlidirlər ki, kriptovalyuta dövründə rəqabət apara bilsinlər” – deyə ekspert qeyd edib.

İqtisadçı diqqətə çatıdırb ki, kriptovalyutanın birbaşa milli valyutalara təsirləri məhduddur: “Əslində kriptovalyuta ABŞ dollarının valyuta bazarındakı payına təsir göstərə bilər. Nəticədə kriptovalyutaların dövriyyəsinin genişlənməsi ABŞ dollarının həm yığım formasında, həm də bazarda mövqeyinə təsir göstərir. Bu gün dünyada vasitəçi rolunda ənənəvi ABŞ dolları çıxış edir. Amma gələcəkdə dünya pulunu virtual valyuta, kriptovalyuta oynaya bilər. Hətta bu baxımdan "Facebook"un imkanları da kifayət qədər geniş qiymətləndirilir”.

“Kriptovalyutaların milli valyutalara birbaşa təsirləri yoxdur. Amma ABŞ dollarının qlobal bazardakı mövqeyinə birbaşa təsirləri var. Gələcəkdə Azərbaycan milli kriptovalyutaların dövriyyəyə buraxılmasını həyata keçirməlidir” – deyə ekspert əlavə edib.

Qeyd edək ki, “Libra”nın sabit maliyyə aktivləri ilə dəstəklənəcəyi və ona nəzarət edən idarəetmə orqanının olacağı bildirilir. Məlumata görə, “Facebook” yeni kriptovalyutanı saxlamaq üçün yaratdığı “Calibra” adlı rəqəmsal pul qabını “Messenger” və “WhatsApp” proqramlarında tətbiq edəcək.

“Facebook”un yeni kriptovalyuta üzərində birbaşa idarəçiliyinin olmayacağı bildirilir. Əvəzində şirkət İsveçrədə yerləşən “Libra Association” (“Libra Assosasiyası”) adlı qeyri-kommersiya təşkilatının üzvü olacaq. Yeni kriptovalyutaya nəzarət edən bu assosiasiyanın 28 üzvü var. Onların sırasında PayPal, Visa, Uber, Coinbase, Andreessen Horowitz və Mercy Corps şirkətlərinin adı çəkilir.

"Facebook"un yaradıcılarından Chris Hughes bildirib ki, artıq pulu mərkəzi banklar deyil, böyük şirkətlər idarə edəcək: “"Libra"nın nəzarəti mərkəzi banklardan Visa, Uber və Vodafo ne kimi özəl şirkətlərə təhvil verəcək. Dollar və avroya sabitlənmiş yeni kriptovalyuta qeyri-sabit milli valyutaları zəiflədə biləcək”.

Xəbər lenti
0