Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət büdcəsinin müzakirəsi: kimə nə qədər düşəcək

© Sputnik / Murad OrujovДепутатом Милли Меджлиса Зияд Самедзаде
Депутатом Милли Меджлиса Зияд Самедзаде - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ilin dövlət büdcəsinə dəyişikliyə baxılır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 iyun-Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliyə baxılır.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son vaxtlar Azərbaycanda sosial-iqtisadi islahatların dərinləşməsi ilə əlaqədar olaraq çox mühüm tədbirlər həyata keçirilir: "Ölkənin iqtisadi həyatında keyfiyyət dəyişiklikləri etmək üçün dövlət başçısı çoxsaylı sərəncamlar imzalayıb. Bunlar əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır. Əminəm ki, islahatlar xalq tərəfindən çox yüksək səviyyədə qarşılanıb”.

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların işçilərinin əməkhaqları artıb - SİYAHI

Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması nəzərdə tutulur: "Ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat və işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən Fondun gəlir və xərclərinin 15 milyon manat artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur".

Qeyd edilib ki, bununla əlaqədar "Büdcə sistemi haqqında" qanunun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur. 

Xəbər lenti
0