Neft buruğu

Nazir neftin qiymətinin 30 dollara ola biləcəyini dedi

30
(Yenilənib 16:28 10.06.2019)
Rusiya ən pis varianta hazırlaşmağa başlayıb

BAKI, 10 iyun — Sputnik. Rusiya Energetika naziri Aleksandr Novak hesab edir ki, iyulda OPEC+ razılaşması əldə olunmaması təqdirdə neftin bir barelinin qiyməti 30 dollara qədər enə bilər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Belə bir ssenari istisna edilmir. Çox şey bazarda ikinci yarım ildə, üçüncü rübdə tələb və təklif balansından və qeyri-müəyyənliklərin (ticarət müharibələri, bir sıra ölkələrə sanksiya təzyiqi) necə inkişaf etməsindən asılı olacaq", - deyə Novak ölkənin maliyyə naziri Anton Siluanovun sözlərini şərh edərkən bildirib.

Qeyd edək ki, Rusiya Baş nazirinin müavini, maliyyə naziri Anton Siluanov belə bir ssenarinin baş verməsini istisna etməyib.

30