Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Trampın qərarı Türkiyəni başqa bir dünya nəhəngi ilə amansız rəqabətə sürükləyir

© AFP 2023 / GREG BAKERTürkiyə və Çinin bayraqları
Türkiyə və Çinin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Rüsumların qalxması ABŞ bazarında Türkiyə məhsullarının rəqabət qabiliyyətini aşağı salacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. "Bir neçə ay bundan öncə ABŞ Türkiyə ilə bəzi məsələlərdə, o cümlədən S-400 sistemləri ilə bağlı ortaq razılığa gəlinməsə, güzəştli ticarət rejiminin ləğv ediləcəyini rəsmən bəyan etmişdi. Görünür, bu məsələdə razılığa gəlinməyib və ABŞ ilə Türkiyə arasında kifayət qədər fikir ayrılıqları mövcuddur. Ona görə də mayın 17-dən ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib".

© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
Trampın qərarı Türkiyəni başqa bir dünya nəhəngi ilə amansız rəqabətə sürükləyir - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Natiq Cəfərli

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etməsini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Ekspert bildirib ki, ABŞ-la Türkiyə arasında uzun müddətdir güzəştli ticarət rejimi mövcud idi. Bu addım isə o deməkdir ki, Türkiyə məhsullarına tətbiq olunan gömrük rüsumları qalxacaq:

"Rüsumların qalxması ABŞ bazarında Türkiyə məhsullarının rəqabət qabiliyyətini aşağı salacaq. Çünki qiymət bahalaşdıqca, güzəştli ticarət rejimindən istifadə edən ölkələr ABŞ bazarında Türkiyə məhsullarını əvəz edə biləcək. Bu da Türkiyəyə kifayət qədər ciddi ziyan vura bilər". 

F-35 qırıcıları - Sputnik Azərbaycan
"F-35"-lərin Türkiyəyə tədarükünü əngəlləmək üçün hərəkətə keçildi

"Türkiyə əsasən ABŞ-a metallurgiya və kimya sənayesi ilə bağlı məhsullar, hazır geyimlər ixrac edir. Düzdür, Türkiyənin ABŞ-a ixracatı Avropa İttifaqına ixracatla müqayisədə çox aşağıdır. Amma Türkiyənin ABŞ-a ixrac həcmi də kifayət qədər böyük rəqəmlərlə ölçülür. Türkiyənin ABŞ-a ixracı təxminən 6 milyard dollara yaxın məbləğdə idi. ABŞ-la Türkiyənin ümumi ticarət dövriyyəsi isə təxminən 16-17 milyard dollar təşkil edir" - deyə Cəfərli bildirib.

Onun sözlərinə görə, Türkiyə çoxçeşidli bazarlara çıxış imkanlarını artırmağı qarşısına hədəf kimi qoyub. Bu hədəflər sırasında Afrika və Asiya bazaları da var. Ekspertin fikrincə, ABŞ-a ixracatın azalması digər bazarlara çıxış imkanlarının daha dərindən araşdırılması zərurətini yaradacaq. Amma bu, o qədər də asan deyil.

İqtisadçı qeyd edib ki, hər hansı bir bazara girmək üçün kifayət qədər zamana və güvənə ehtiyac var: "Türkiyə digər bazarlarda yer tutmaq üçün əvəzedici məhsullarını daha sərfəli qiymətlərlə və keyfiyyətlə təqdim etməlidir. Çünki bütün dünyada olduğu kimi, həmin bazarlarda da ən böyük rəqib Çindir. Çin həm Afrika, həm də Asiya bazarlarında istənilən məhsul üzrə ən böyük ixracatçıdır. Ona görə də Türkiyə Çin ilə rəqabət aparmaq məcburiyyətində qalacaq və bu, heç də asan məsələ deyil". 

Donald Tramp və Kim Çen In - Sputnik Azərbaycan
Tramp Rusiya və Çinlə böyük saziş bağlamaq istəyir

Cəfərli xatırladıb ki, ABŞ-la münasibətlərin gərginləşməsi hər zaman Türkiyə lirəsinə mənfi təsir göstərir və lirənin dəyərdən düşməsi sürətlənir. "Son günlər yenidən bu tendensiyanı görürük. Bu ilin sonunadək Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində yaxşılaşma olmasa, lirənin daha ciddi şəkildə dəyərdən düşməsinin şahidi ola bilərik" - ekspert əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz ölkəsinin Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib.

"Qərara gəldim ki, Türkiyənin iqtisadi inkişafına əsaslanaraq, bu il mayın 17-dən Türkiyənin inkişaf etməkdə olan ölkə - benefisiar kimi statusunu ləğv etmək məqsədəuyğun olar" - ABŞ prezidentinin bəyanatında bildirilir.

Xəbər lenti
0