Neft buruğu

Neftin qiyməti son 6 ayın rekordunu vurub

133
(Yenilənib 13:22 17.04.2019)
Sonuncu dəfə "Brent" markalı neftin qiyməti 8 noyabr 2018-ci ildə 72 dollardan baha olub

BAKI, 17 aprel — Sputnik. Dünya bazarlarında "Brent" markalı neftin bir barelinin dəyəri 72,01 dollara çatıb. Sputnik Azərbaycan xəbər verir ki, sonuncu dəfə - 8 noyabr 2018-ci ildə bu markalı neftin qiyməti 72 dollardan baha olub.

Bakı vaxtı ilə saat 09:16-ya olan məlumata görə, WTI markalı neftin may fyuçersləri 0,67% artaraq bir barel üçün 64,68 dollara satılıb.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,2 dollar və yaxud 0,27% artıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,78 dollar təşkil edib.

133
Teqlər:
barel, qiymət, neft, "Brent"
Əlaqədar
"Neftin hazırkı qiyməti bizi qane edir"
İxrac olunan qeyri-neft məhsulları
Neftlə çirklənmiş ərazilərdə yaşayanlar necə acınacaqlı durumda olduqlarını bilmirlər
İrandan sərt neft xəbərdarlığı gəldi: Qiyməti kəskin artırarıq
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

45
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

45
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

51
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

51
Здание министерства обороны Азербайджанской Республики

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN

0
Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə