Valyuta alış satışı

Azərbaycanda avro yenə bahalaşdı, türk lirəsi isə ucuzlaşdı

105
(Yenilənib 10:21 12.04.2019)
Avro bahalaşsa da, dollar və rus rublunun məzənnəsi dəyişməz qalıb, türk lirəsi isə dəyərini itirib

BAKI, 12 aprel - Sputnik. 2019-cu ilin aprel ayının 12-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 11-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9195 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0264 manatda qalıb.

1 türk lirəsi isə 0,2958 manata düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Bankdan bildirilib.

Aprelin 11-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9175 manata, 1 rubl 0,0264 manata, 1 türk lirəsi isə 0,2992 manata bərabər idi.

105
Əlaqədar
Mərkəzi Bank məzənnəni açıqladı