Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bir sıra məhsulların gömrük rüsumundan azad edilməsi təklif olunur

© REPORTЗдание Государственного Таможенного Комитета
Здание Государственного Таможенного Комитета  - Sputnik Azərbaycan
Abunə olmaq
"Uşaq qidaları, geyimləri və bəzi meyvə-tərəvəz növləri gömrük rüsumundan azad edilməlidir"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Türkiyədə ölkəyə gətirilən kartofun gömrük vergisindən azad olunması ilə bağlı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Yeni qərarla 200 min ton kartofun gömrük vergisindən azad olunması nəzərdə tutulur. Bundan öncə isə Türkiyədə soğanın gömrük vergisindən azad olunması ilə bağlı qərar verilmişdi.

Nəinki Türkiyədə, eləcə də bir çox ölkələrdə əhalinin tələbatının qarşılanması və bazarda qiymət artımının qarşısının alınması üçün yerli istehsal olmayan məhsullar gömrük rüsumundan azad edilir. Bəs Azərbaycanda oxşar təcrübənin tətbiqi mümkündürmü və belə olan halda hansı nəticələr meydana çıxacaq.

© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
Bir sıra məhsulların gömrük rüsumundan azad edilməsi təklif olunur - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Ölkə ərazisində ehtiyac duyulan, yerli istehsalı ya tamamilə ödəməyən, yaxud da qismən ödəyən məhsullara görə gömrük rüsumunun ləğv edilməsi yayılmış praktikadır. Azərbaycanda da sosial sahəyə aid olan bəzi məhsulların gömrük rüsumundan azad edilməsinə ehtiyac var".

Onun sözlərinə görə, ilk olaraq bəzi dərmanların gömrük rüsumundan azad edilməsi məsələsinin gündəmə gətirilməsinə ehtiyac var: "Çünki Azərbaycanda dərman istehsalı yoxdur. Gömrük rüsumları və əlavə dəyər vergisi dərmanların qiymətinin, təxminən, 35 faizədək artmasına səbəb olur".

"Ölkəmizdə uşaq qidalarının istehsal olunmaması bu məhsulların da bahalaşmasına səbəb olur. Bu problem kifayət qədər böyük kəsimi əhatə edir. Çünki hər il ölkəmizdə 130 min və bundan daha çox uşaq dünyaya gəlir. Uşaqların 5 yaşınadək bu qidalardan yararlandığını nəzərə alsaq, deyə bilərik ki, təqribən, 600 minə yaxın azyaşlı üçün nəzərdə tutulan qidaların gömrük rüsumundan azad olunması ailələrin yükünü azaltmış olar" – deyə iqtisadçı əlavə edib.

Ekspertin fikrincə, uşaq geyimlərinin də gömrük rüsumundan azad olunmasına ehtiyac var: "Bir çox ölkələrdə uşaq geyimləri gömrük rüsumlarından azad olunub. Bundan başqa, fiziki məhdudiyyətli insanlara lazım olan avadanlıqların da gömrük rüsumundan azad olunması vacibdir. Bu cür avadanlıq və məhsullar gömrük rüsumundan azad edilməli, onlara daha yumşaq vergilər tətbiq edilməlidir. Bəzi hallarda isə bu məhsullar əlavə dəyər vergisindən, tamamilə azad edilməlidir".

N.Cəfərli Azərbaycanda yetişməyən meyvələrin gömrük rüsumundan azad olunmasını daha məqsədəuyğun hesab edir: "Banan və kiviyə görə tətbiq edilən gömrük rüsumunu aradan qaldırmaqla bu məhsulların bazarda bahalaşmasının qarşısını almaq olar".

"Meyvə-tərəvəzlə bağlı ölkənin yerli potensialı var. Tələbatı ödəmək üçün daha çox çevik siyasətə üstünlük verilməlidir. Yəni yerli məhsullar bazardan çəkildiyi an gömrük rüsumlarının ləğvi anlaşılandır. Çünki ölkəmizdə yerli istehsalın uzun müddətli saxlanılması üçün infrastruktur zəif inkişaf edib" – deyə ekspert əlavə edib.

Həmsöhbətimiz çoxtələbatlı məhsulların gömrük rüsumundan azad olunmasının məqbul olduğunu və yerli istehsalın saxlanılması üçün infrastrukturun genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb: "İritutumlu və keyfiyyətə təsir etməyən müasir texnologiyalı soyuducuların istifadəyə verilməsi ilə xaricdən gətirilən meyvə və tərəvəzə olan ehtiyacı ödəmək mümkün olacaq".

Xəbər lenti
0