Milli Məclis

Novruz Məmmədov hesabat verir: "Strateji hədəflər müəyyən edilib"

6184
(Yenilənib 13:15 15.03.2019)
Baş nazir: "Keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib"

BAKI, 15 mart - Sputnik. "2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olub. 2018-ci ildə keçirilən prezident seçkilərində xalq ən doğru seçim edərək İlham Əliyevi prezident seçdi, ölkədə sabitliyə, inkişafa səs verdi".

Milli Məclis
© Sputnik / Murad Orujov

Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatını Milli Məclisdə təqdim edərkən deyib. O bildirib ki, prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirib və qarşıda duran strateji hədəflər müəyyən edilib.

Baş nazir qeyd edib ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

"Keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib. Ötən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub. Ləki-Qəbələ dəmir yolunun artıq 14 kilometri çəkilib. Keçən il Azərbaycanda 19,2 milyard kubmetr qaz istehsal edilib" - deyə Baş nazir bildirib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradıb”.

Novruz Məmmədov vurğulayıb ki, hesabat dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

"İkitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəd düşünülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi çox əhəmiyyətlidir”.

6184
Teqlər:
hesabat, Novruz Məmmədov, baş nazir
Əlaqədar
Novruz Məmmədov Azərbaycan xalqına müraciət etdi
Novruz Məmmədov: "Türkiyə Cümhuriyyətinin elan olunması böyük hadisə idi"
Novruz Məmmədov hökuməti topladı
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

10
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Манаты и рубли разных номиналов, фото из архива

Rusiya rublu manat qarşısında geriləyib

10
Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci ilin noyabrın 30-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0344 manata yüksəlib, 1 Rusiya rublunun məzənnəsi 0,0224 manata enib, 1 türk lirəsi isə 0,2164 manata yüksəlib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

10
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, dollar, avro, valyuta, Rəsmi məzənnə, manat, rubl

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

13
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

13