Передача денег из рук в руки, фото из архива

Fiziki şəxslərə veriləcək kompensasiyalarla bağlı vacib xəbər

265
(Yenilənib 15:15 06.03.2019)
Aprelin 15-dək dövlət başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq

BAKI, 6 mart — Sputnik. "Martın 15-dək fiziki şəxslərə kompensasiyaların ödənilməsi ilə bağlı qaydalar hazır olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. 

Onun sözlərinə görə, aprelin 15-dək isə dövlət başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq.

V.Qasımlı əlavə edib ki, ödəniləcək kompensasiyanın məbləği də müəyyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının internet saytında açıqlanacaq. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsinin Fin kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğini öyrənə biləcək".

"Vətəndaşlara tövsiyəm odur ki, tələsməsinlər, hər kəs 1 dəfə banka dəvət olunacaq. Amma heç bir halda vətəndaşlar banklara ödənişləri dayandırmamalıdır. May ayının sonuna qədər bütün kompensasiyalar tam ödəniləcək" - deyə o vurğulayıb.

265
Teqlər:
kompensasiya, kredit
Əlaqədar
Prezident vətəndaşların kredit borcları barədə möhtəşəm qərar verdi
Kredit güzəşti kimlərə və hansı məbləğdə şamil olunacaq - ŞƏRH
Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 min iddia var