Dəmir yolu

Azərbaycandan Avropaya uzanan yeni dəmir yolu xətti açıla bilər

5185
(Yenilənib 18:32 03.03.2019)
Belarus, Rusiya və Azərbaycan dəmiryol xətti üzərində birgə iş aparır

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Minsk-Bakı marşrutu üzrə konteyner qatarının buraxılması ilə bağlı layihə üzərində Belarus Dəmir Yolları (BDY) Rusiya Dəmir Yolları (RDY) və "Azərbaycan Dəmir Yolları" (ADY) ASC ilə "Şimal-Cənub" dəhlizinin inkişafı çərçivəsində birgə iş aparır.

Bu barədə Sputnik Azərbaycan-a BDY-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Belarus Dəmir Yolları üçün əsas strateji istiqamətlərdən biri milli məhsulların ixrac-idxal daşımalarının inkişafıdır. Bu layihənin 2019-cu ildə reallaşdırılması planlaşdırılır.

Konteyner qatarının hərəkəti qısamüddətli (7 gün) olacaq və həm Belarusda, həm də Azərbaycanda istehsal edilən yüklər rəqabətli tariflərlə daşınacaq. Minsk-Bakı dəmiryol marşrutunun uzunluğu 3 min kilometrdir. Gələcəkdə isə nəinki İran, eləcə də Türkiyə istiqamətində yüklər daşınacaq.

Yük ötürücüləri yüklərin informasiya müşayiəti ilə təmin olunacaq. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə bağlamaq üçün nəzərdə tutulub. Eyni zamanda bu xətt Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirəcək.

Birinci mərhələdə dəhliz vasitəsilə 5 milyon tonadək yük daşınacaq. Proqnozlara görə, növbəti mərhələdə yükdaşımaların həcmi 10-15 milyon ton artacaq.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi digər marşrutlarla müqayisədə məsafənin qısalığına və yüklərin daşınma müddətinə görə 2-3 dəfə sərfəlidir. Əgər yükləri dəniz yolu ilə Fars körfəzi-Süveyş kanalı-Aralıq dənizi-Baltik dənizi marşrutu üzrə Helsinkiyə 45-60 günə çatdırmaq mümkündürsə, "Şimal-Cənub" dəhlizi vasitəsilə 20-25 günə çatdırmaq mümkündür.

5185
Teqlər:
xətt, marşrut, dəmir yolu, Belarus, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycan Dəmir Yolları bayramda 20 mindən çox sərnişinə xidmət göstərib
Dəmir yolunda hərəkət cədvəli və gediş haqlarının məbləği dəyişəcək
Erməni fəhlələr qiyam qaldırdı – Gürcüstana gedən dəmir yolu bağlandı