Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili

Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 min iddia var

206
(Yenilənib 14:27 01.03.2019)
"İndiyədək 10 000 dollar və (və ya) 17 000 manata qədər vaxtı keçmiş kredit borclarının ümumi həcmi 900 milyon manat, bu borclara hesablanmış faiz, dəbbə pulu və cərimələrin həcmi isə 750 milyon manat təşkil edir"

BAKI, 1 mart — Sputnik. "21.02.2015-ci il tarixinədək, yəni 1-ci devalvasiyaya qədər 10 000 dollara qədər kredit borcu olan vətəndaşlar həmin tarixə xarici valyutada borcu olan vətəndaşların ümumi sayının 92%-ni təşkil edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili öz "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, bu günə qədər 17 000 manata qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar milli valyutada vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 99%-ni təşkil edir: "Bu günə qədər 10 000 dollara qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar dollarda vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 95%-ni təşkil edir".

Millət vəkili bildirib ki, indiyədək 10 000 dollar və (və ya) 17 000 manata qədər vaxtı keçmiş kredit borclarının ümumi həcmi 900 milyon manat, bu borclara hesablanmış faiz, dəbbə pulu və cərimələrin həcmi isə 750 milyon manat təşkil edir. Bu cür kreditlər 830 min fiziki şəxsi əhatə edir.

"Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 000 iddia var və bu iddiaların həcmi 616 milyon manat məbləğindədir" - deyə deputat qeyd edib.

206
Teqlər:
borc, iddia, məhkəmə, Tahir Mirkişili, deputat, kredit
Əlaqədar
Vətəndaşın gözlədiyi təkliflər verildi, bəs kredit faizləri aşağı salınacaqmı?
Kredit güzəşti kimlərə və hansı məbləğdə şamil olunacaq - ŞƏRH
Prezident vətəndaşların kredit borcları barədə möhtəşəm qərar verdi
Bakıda neft buruqları, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

16
(Yenilənib 12:48 23.10.2020)
"Brent" markalı neftin qiyməti 0,27 dollar geriləyərək 42,19 dollar, "Light" markalı neftin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 40,33 dollar olub

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,14 dollar artaraq 42,63 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,27 dollar geriləyərək 42,19 dollar, "Light" markalı neftin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 40,33 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

16
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Mal əti satışı, arxiv şəkli

Azərbaycana mal əti dərman idxalı artıb

34
(Yenilənib 23:00 22.10.2020)
Təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8% və s. artıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ölkəmizə təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, mal əti 18,4%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8%, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8%, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1% artıb.

Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Bu ilin 8 ayında buğda idxalı 20,1%, xam şəkər və şəkər 0,4%, quş əti və onun əlavə məhsulları 9,9%, siqaretlər 78,9%, qara metallardan borular 12,7%, polad prokatı 7,7%, mineral gübrələr 5,7%, rezin şinlər 20,2%, məişət kondisionerləri 30,9%, mebellər 23,6%, yük avtomobilləri 13,4%, polietilen 27,5%, paltaryuyan maşınlar 11,1%, qara metallardan künclüklər 8%, avtobuslar 56,1%, sement və sement klinkerləri 27,1% azalıb.

34
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

0
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0