Vergi Məcəlləsi

Vergi güzəştləri ilə bağlı yeni təklif var

333
(Yenilənib 12:57 29.01.2019)
"Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin"

BAKI, 29 yanvar — Sputnik. "Bu ildən yalnız mikro sahibkarlar sadələşdirilmiş vergi güzəştindən istifadə edə bilərlər. Amma Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü" meyarları haqqında qərarı fərdi sahibkarların sadələşdirilmiş vergidən istifadəsinə imkan vermir". 

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı-ali Vüqar Bayramov “Facebook” səhifəsində sadələşdirilmiş vergi güzəştləri ilə bağlı şərhində belə qeyd edib. O bildirib ki, fərdi sahibkarlıqla məşğul olub, illik (ardıcıl 12 ay) dövriyyəsi 200 min manatdan az olanların güzəştli vergi dərəcələrindən istifadə imkanları yoxdur.

"Problem odur ki, Nazirlər Kabinetinin sözügedən qərarına görə, mikro sahibkarlar illik dövriyyəsi 200 min manatdan az və işçilərin sayı 1-10 arasında olan sahibkarlıq subyektləridir. Bu isə, o deməkdir ki, fərdi sahibkarlıq ilə məşğul olanların işçiləri olmadığı və fərdi fəaliyyət göstərdikləri üçün onlar mikro sahibkarlar hesab olunmurlar. Bundan başqa, qərarda mikro sahibkarların təsnifatı üçün "1" rəqəminin qeyd edilməsi fərdi sahibkarların güzəştdən istifadə imkanlarını məhdudlaşdırır" - Bayramov vurğulayıb.

"Nazirlər Kabinetinin mikro sahibkarlıq subyektləri ilə bağlı bölgüsü beynəlxalq standartlara uyğun deyil. Belə ki, Avropa Birliyində illik dövriyyəsi 2 milyon avrodan az olan və işçilərin sayı 10-dək olan (< 10) sahibkarlıq subyektləri mikro hesab olunur. Yəni işçilərin sayı 1-10 arası deyil, 10-dək olanlar mikro hesab olunur. ABŞ-da illik dövriyyəsi 7.5 milyon dollardan az olan və işçilərin sayı 500-dək olanlar kiçik sahibkarlar sayılır. Göründüyü kimi, beynəlxalq standartlarda təsnifat zamanı “1” rəqəmindən istifadə olunmur" - deyə alim qeyd edib.

V.Bayramov təklif edir ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin və işçilərin sayı 1-10 arası olanlar deyil, 10-dək olanlar mikro hesab olunsun.

"Yalnız bu halda fərdi sahibkarların vergi güzəştindən istifadəsi mümkün olacaq. Əks halda fərdi sahibkarların sadələşdirilmiş vergi sistemindən istifadəsində çətinliklər olacaq" – deyə iqtisadçı əlavə edib.

333
Teqlər:
sahibkarlıq, sahibkar, mikro, Vüqar Bayramov
Əlaqədar
Bakıda iki uşaq atası olan sahibkar intihar edib
Bakı restoranında cinayət — Sahibkar sürücüdən şübhələnir
Azərbaycanda böyük xeyriyyəçilik: Sahibkar sərvətini pulsuz paylayır
Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır
Bankada dollarlar, arxiv şəkli

Financial Times: "Dolları taxtdan salacaqlar"

15
(Yenilənib 22:13 16.01.2021)
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.

15
Teqlər:
"The Financial Times", Avropa Komissiyası, Avropa Şurası, dollar
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

15
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

15
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

28
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

28
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət