Spirtli içkilər

Spirtli içki bazarında yeni mənzərə: Tələbat sabitdir, istehsal artır

9099
(Yenilənib 17:10 28.01.2019)
Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlığı alkoqollu içkilər bazarına ciddi təsir edib

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Ötən ilin yekunlarına görə, Azərbaycanda spirtli içkilərin bütün növlərinin istehsalı nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu, heç də o demək deyil ki, əhali kütləvi surətdə spirtdən istifadə etməyə başlayıb. 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə 27,7 min dekalitr (1 dekalitr – 10 litr) brendi (konyak) istehsal edilib. Bu isə 2017-ci illə müqayisədə 4,4 dəfə çoxdur.

Ötən il, həmçinin şampan istehsalı da 2,6 dəfə artıb. Likör istehsalında isə artım 2,2 dəfə olub. Araq istehsalında 85,5%, şərabda 48,9%, pivədə 11%, alkoqolsuz içkilərdə isə 23,4% artım qeydə alınıb.

Bununla belə, 2018-ci ildə araq, şərab və konyak istehsalında nəzərəçarpacaq artımın müşahidə edilməsinə səbəb ölkəyə spirtli içkilərin gətirilməsinə tətbiq edilən məhdudiyyətlər və bu qəbildən olan məhsulların dünya bazarına ixracının artmasıdır.

2018-ci ilin yekunlarına görə, ixrac olunan spirtli və alkoqolsuz içkilərin həcmi 16,249 milyon dollar və ya 2017-ci illə müqayisədə 5,674 milyon dollar, yəni 25,9% az olub.

Eyni zamanda, işgüzar dairələr ölkəyə 85,623 milyon manatlıq spirtli və alkoqolsuz içkilər idxal edib. Bu isə 2017-ci illə müqayisədə 18,811 milyon manat, yaxud 28,2% çoxdur.

Azərbaycanlıların sağlamlığından narahat olmağa dəyməz. Çünki absurd görünsə də, spirtli içkilərin istehsalında nəzərəçarpacaq artım heç də təkcə sahibkarların fəaliyyətinin nəticəsi deyil. 

Xatırladaq ki, ötən ilin üçüncü rübündə spirtli içkilərin istehsalında artımın olduğunu vergilər naziri Mikayıl Cabbarov açıqlayıb. Bütün bunlar Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin rəhbərliyinin dəyişməsinin, sonra struktur islahatlarına start verilməsinin və hər iki qurum tərəfindən birgə spirtli içkilər bazarında qayda-qanunun yaradılmasının nəticəsidir.

Deməli, spirtli içkilər bazarındakı hazırkı vəziyyət təkcə azərbaycanlıların alkoqol istehsalını çoxaltmasının və yerli biznesmenlərin istehsalı artırmasının nəticəsi deyil. Sadəcə, spirtli içkilərin qaçaqmalçılığına qarşı mübarizənin sərtləşdirilməsi və aksiz markalarına nəzarət ölkədə alkoqollu məhsul istehsalı, idxal və ixracla bağlı real rəqəmlərin əldə edilməsinə səbəb olub.

2018-ci ildə buraxılan alkoqollu içkilərin göstəriciləri belədir (min dekalitrlə): şampan şərabı – 3,1; araq -1019; brendi – 27,7; üzüm şərabı – 1500; pivə – 4647; likör – 206,8.

9099
Teqlər:
tələbat, istehsal, qiymət, içki, spirt, alkoqol
Əlaqədar
Spirtli içkilərin niyə və nə qədər bahalaşdığı bəlli oldu: "Podval" dövrü bitir
Spirtli içki mikrobları öldürmürmüş, tam əksinə - XƏBƏRDARLIQ
Azyaşlılara siqaret və spirtli içki satan mağazaların başı dərddə
Yerli istehsal spirtli içkilərin də qiyməti qalxacaq
ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Robert OBrayen

ABŞ G7 sammitinin vaxtını dəyişdi

7
(Yenilənib 21:06 24.05.2020)
ABŞ Prezidenti Donald Tramp bundan öncə bəyan eləmişdi ki, “Böyük yeddiliyin” sammitinin Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahında keçirilməsi imkanını nəzərdən keçirir

BAKI, 24 may - Sputnik. ABŞ Vaşinqtonda gələn ayın 10-da keçirilməsi planlaşdırılan G7 sammitinin vaxtını koronavirus pandemiyasına görə iyunun sonuna keçirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen deyib.

“G7 sammiti əgər şəxsi formatda keçərsə (yəni biz fikirləşirik ki, o keçiriləcək), o zaman iyunun sonunda baş tutacaq. Hesab edirəm ki, biz (koronavirusa yoluxmanın) pik həddinə yaxınıq, bəlkə də Vaşinqtonda artıq onun üzərindəyik”, - deyə O`Brayen CBS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, G7-nin bütün liderləri videokonfransdansa şəxsi görüşü üstün tuturlar.

“Biz liderlərin buraya, Vaşinqtona gələ bilmələri üçün əvvəlcə hər kəsin (koronavirus) testindən keçəcəyinə, şəraitin təhlükəsiz olacağına əmin olmalıyıq.  <…> Biz iyunun sonunu ona görə nəzərdən keçiririk ki, dünya liderlərinin logistikasına uyğun olsun, tədbirin planlaşdırılması və təhlükəsizliyin təminatı detallarını təmin edə bilək”, - O`Brayen əlavə edib.

ABŞ Prezidenti Donald Tramp bundan öncə bəyan eləmişdi ki, “Böyük yeddiliyin” sammitinin Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahında keçirilməsi imkanını nəzərdən keçirir və bunu pandemiyadan “qurtulmaq” rəmzi kimi görür.

7
Əlaqədar
Onu maska ilə tutdular! Tramp qanuna zidd gedə bilmədi
Camaat canının hayında, o isə qolf oynayır - VİDEO
Trampın “dərmanları” işə yaramadı
“Mən Putinin xoşuna gəlirəm, amma o mənim qələbəmi istəmir”
Qaz plitəsi, arxiv şəkli

Ukrayna əhali üçün qazın qiymətini yarıbayarı azaltdı

14
(Yenilənib 23:39 22.05.2020)
“Naftoqaz” bu dinamikanı ümumdünya iqtisadi böhranı və enerjidaşıyıcıların qiymətinin çökməsi ilə izah edir. Üstəlik, anomal isti qış səbəbindən Ukraynada qaz anbarları vaxtından əvvəl dolub

BAKI, 23 may - Sputnik. Ukraynada əhali və istehsal müəssisələri üçün qazın topdansatış qiyməti may ayında aprelə nisbətən 21% azalıb.

Spiutnik Azərbaycan bildirir ki, bu barədə “Naftoqaz” öz saytında məlumat yayıb.

Bildirilir ki, ümumilikdə ilin əvvəlindən bu yana bu azalma 51%-ə çatıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalma edir.

“Naftoqaz” bu dinamikanı ümumdünya iqtisadi böhranı və enerjidaşıyıcıların qiymətinin çökməsi ilə izah edir. Üstəlik, anomal isti qış səbəbindən Ukraynada qaz anbarları vaxtından əvvəl dolub.

Qazın qiyməti indi bir kubmetrə görə 2.3 qrivna, yaxud 85 dollar/1000 kubmetrdir (ƏDV-siz və yanacağın nəqli xərcləri çıxılmaqla). Bu, son günlər ən iri Avropa habı TTF-dəkindən 2.5 dəfə çox, Rusiyadan isə təxminən iki dəfə azdır.

Bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan qaz qiymətlərinin endirilməsini xahiş etmişdi. Çünki, onun sözlərinə görə, hətta Almaniya da Rusiya qazını iki dəfə ucuz alır. Eyni xahişi Qırğızıstan etsə də, Vladimir Putin faktiki olaraq onlara bu güzəştə getməyəcəyini deyib. Bunu isə qiymətin xərclər və tədarükçülərin investisiyaları da nəzərə alınmaqla bazar konyunkturası əsasında formalaşması ilə izah edib.

14
Əlaqədar
Dünya bazarında təbii qaz hansı səbəblərdən bahalaşır – ekspert şərhi
Nikol Paşinyan yenə də Rusiyadan narazı qalıb
Neft qiymətləri aylıq rekordu qırıb
Xətti təmir edənə mane oldular - indi 100 ailə qazsız oturub
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0