Neft, arxiv foto

Neft yenidən ucuzlaşdı

57
(Yenilənib 12:48 28.01.2019)
"Brent" və "Qərbi Texas" markalı neftin qiymətində enmə müşahidə edilir

BAKI, 28 yanvar — Sputnik. Dünya bazarında neftin qiyməti aşağı düşüb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, ABŞ-da neft təchizatının artması ilə əlaqədar olaraq dünya bazarında "Brent" və "Qərbi Texas" markalı neftin qiymətində 1 faizədək enmə müşahidə edilib.

Hazırda bir barel ABŞ neftinin qiyməti 53.13 dollar,"Brent" markalı neftin bir barelinin qiyməti isə 61.03 dollar təşkil edir.

Bu il üçün gözlənilən proqnozlara görə ABŞ-da neftin istehsalında yenidən artım olacaq. Dünyanın ikinci ən böyük neft istehsalçısı olan Çində isə iqtisadi enişin müşahidə olunacağı proqnozlaşdırılıb.

57
Teqlər:
ucuzlaşma, qiymət, neft
Əlaqədar
Sahibkarların kateqoriyalara bölünməsi qeyri-neft sektorunun inkişafına necə təsir edəcək?
“Venesuela hadisələri neft və qızıl bazarına da təsir edəcək”
ABŞ neft hasilatına görə Rusiya və Ərəbistanı keçə bilər
Venesuelada yaşanan hadisələrin neft bazarına təsirləri açıqlandı