İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub

İlham Əliyev məşhur bankın rəhbəri ilə bir araya gəlib

19
(Yenilənib 15:20 23.01.2019)
İlham Əliyevin "VTB-Bank"ın prezidenti ilə görüşü olub

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank"ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə "VTB-Bank" ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

19
Teqlər:
görüş, Bank, İlham Əliyev, prezident
Əlaqədar
İlham Əliyev Davosda mühüm görüş keçirib
İlham Əliyev Nikol Paşinyanla görüşüb
İlham Əliyev teleməkanımızda ən böyük reklam sifarişçisi olan şirkətin rəhbəri ilə görüşüb
İlham Əliyev Gürcüstan baş naziri ilə görüşüb