Головной офис Международного банка Азербайджана в Баку

Beynəlxalq Bankın daha bir ölkədəki filialı ləğv olunub

26
(Yenilənib 16:38 04.01.2019)
Gürcüstan Milli Bankı ABB-nin ləğvi prosesinin başa çatdığını elan edib

BAKI, 4 yanvar - Sputnik. Gürcüstan Milli Bankı (GMB) Azərbaycan Beynəlxalq Bankının Gürcüstan filialının ("ABB-Gürcüstan") ləğv olunması prosesinin başa çatdığını elan edib və onun bank olmayan kredit təşkilatına çevrilməsinə razılıq verib.

"Report" xəbər verir ki, GMB-nin vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamı ilə bankın GMB-də açılmış və ləğv olunmuş hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır.

Yanvarın 8-də sərəncam sahibkar və qeyri-sahibkar hüquqi şəxslərin reyestrinə təqdim olunacaq.

Qeyd edək ki, bank ləğv prosesinə müstəqil şəkildə başlayıb və portfelinin 100 000 lariyə (təxminən 65 min manat) azalmasından sonra GMB-yə müraciət edib. Qeyd edək ki, hazırda hesablarda müştərilərin tələb olunmayan vəsaitləri qalıb.

GMB likvidator təyin etməzdən əvvəl ABB satış portfeli üçün podratçı seçib, buna qədər isə səhmdarların əsas öhdəliklərini yerinə yetiriblər.

Xatırladaq ki, Azərbaycan bankı Gürcüstanı 11 illik fəaliyyətindən sonra tərk edib.

26
Əlaqədar
Bank kartlarına müdaxilə edən haker saxlanılıb
Beynəlxalq Bankda yeni sədr və sədr müavini
Mərkəzi Bank yeni valyuta məzənnələrini açıqladı
Bankların problemlərə yol açan davranışına görə cəzalar sərtləşdirilib