Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank 2019-cu il üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ildə qlobal iqtisadi artımın hələ də yüksək qalacağı şəraitdə qeyri-neft ixracatının artımı üçün əlverişli şərait yaranır

BAKI, 28 dekabr - Sputnik. Mərkəzi Bank 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb. Sputnik Azərbaycan Mərkəzi Bankın saytına istinadən xəbər verir ki, 2019-cu il və ortamüddətli dövr üçün başlıca strateji vəzifə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsidir.

Бюджет Азербайджана на 2019 год - круглый стол в мультимедийном пресс-центре Sputnik Азербайджан  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Ölkədə pul kredit siyasəti adekvat vəziyyətə gətirilməlidir"

Bu məqsədlə Mərkəzi Bank öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək. 

Mərkəzi Bankdan 2019-cu il və ortamüddətli dövrə makroiqtisadi proqnozlar və risklər barədə də məlumat verilib. Qeyd olunub ki, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas istiqamətləri həmin dövrü əhatə edən rəsmi sosial-iqtisadi inkişaf və büdcə proqnozları əsasında formalaşdırılıb. Proqnozlaşdırılan dövrə xarici şəraitin həyata keçirilən pul-kredit siyasətinə təsiri bir neçə istiqamətdə baş verir. 

2019-cu ildə qlobal iqtisadi artımın hələ də yüksək qalacağı şəraitdə qeyri-neft ixracatının artımı üçün əlverişli şərait yaranır və bu rəsmi proqnozlarda əks olunub. 

Əsas ticarət tərəfdaşlarımızda məzənnə volatilliyinin yüksəlməsi və onlarda inflyasiyanın yüksələrək idxal vasitəsilə milli iqtisadiyyatda qiymət sabitliyinə təsiri riski növbəti ildə də əhəmiyyətli olaraq qalır.

Dünyanın aparıcı iqtisadiyyatlarında pul-kredit siyasətlərinin normallaşdırılması istiqamətində proqnozlaşdırılan proseslərin ölkədə qiymətlər sabitliyinə, ilk növbədə valyuta bazarına və milli valyutanın məzənnəsinə təsiri minimaldır. Mövcud makroiqtisadi alətlər vasitəsilə neytrallaşdırılacaq.

Manat və dollar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bankın mövqeyi aydın oldu: Manat bahalaşmayacaq

Xarici mühitin makroiqtisadi sabitliyə ən mühüm təsir kanalı dünya enerji bazarlarının konyunkturası qalmaqdadır. Proqnoz dövründə neftin dünya bazarlarında qiyməti bir tərəfdən qlobal iqtisadi artım və bu əsasda neftə olan tələbatın formalaşması, digər tərəfdən qlobal təklifin idarə olunması ilə tələb-təklif nisbəti, habelə geosiyasi amillərin təsiri altında formalaşacaq. Bu amillərin məcmu və əksər hallarda müxtəlif istiqamətli təsiri qlobal neft bazarında qeyri-müəyyənliyi və müşahidə olunan qiymət dəyişkənliyini şərtləndirir.

Bütün bunları nəzərə alaraq, Mərkəzi Bank növbəti il və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas istiqamətlərinin formalaşmasında həm rəsmi baza proqnozunu, həm də bu proqnozlara təsir edə biləcək neqativ amillərin neytrallaşdırılmasını nəzərdə tutur.

Ölkədə effektli pul-kredit siyasətinin həyata keçirilməsinin bir sıra mühüm daxili struktur şərtləri var. Bura ilk növbədə milli iqtisadiyyatın formalaşmış strukturu, işgüzar tsiklin mövcud mərhələsi, şaxələnmə səviyyəsi, monetar və fiskal nəzarətin səviyyəsi, mövcud resursların dinamikası aiddir.

Struktur amilləri effektiv makro-fiskal çərçivənin formalaşmasına və mövcud resurslardan tam istifadə etmək əsasında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmağa əhəmiyyətli təsir göstərir.

Belə şəraitdə effektiv pul-kredit siyasətinin formalaşması, makroiqtisadi stabilliyin dayanıqlığının təmin olunması başlıca olaraq pul-kredit siyasəti ilə fiskal siyasətin optimal makroiqtisadi çərçivədə sintezindən, hər iki istiqamətdə planlaşdırılan və artıq start verilmiş islahat tədbirlərinin əlaqələndirilməsindən asılı olacaq.

Xəbər lenti
0