Azərbaycan Nazirlər Kabineti

Sahibkarlıq növlərinin bölgüsü təsdiq olunub

164
(Yenilənib 10:39 25.12.2018)
Eyni zamanda qərarla, "İri, orta və kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı ləğv edilib

BAKI, 25 dekabr — Sputnik. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin edib. 

Azərbaycanın Baş naziri Novruz Məmmədov
© Sputnik / Murad Orujov

Sputnik Azərbaycan bu barədə Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir. Yeni qərarla "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq edilib. 

Yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Dövlət Statistika Komitəsinə ötürülməsi Vergilər Nazirliyinə tapşırılıb.

Həmçinin qərarda qeyd edilib ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Dövlət Statistika Komitəsinə ötürülməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə ötürülməsinin təmin edilməsi Dövlət Statistika Komitəsinə tapşırılıb.

Eyni zamanda qərarla, "İri, orta və kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı ləğv edilib.

Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

164
Teqlər:
dəyişiklik, qanun, sahibkarlıq, Novruz Məmmədov
Əlaqədar
Novruz Məmmədov özünü körpüdən atmaq istəyən vətəndaşı necə xilas etdi - TƏFƏRRÜAT
Novruz Məmmədov yeni qərar verdi
Novruz Məmmədov Azərbaycan xalqına müraciət etdi
Novruz Məmmədov: "Türkiyə Cümhuriyyətinin elan olunması böyük hadisə idi"