Göyçayda becərilən sarımsaq

Rayonların əhalisi çıxılmaz vəziyyətə düşüb - Gözlənilməz zərbə

13737
(Yenilənib 16:30 24.12.2018)
Fermerlər tərəddüd içərisindədirlər və necə bir qərar verməli olduqlarını bilmirlər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Ötən il sarımsaq yüksək qiymətə satıldığından, bu il fermerlər sarımsaq əkməyə kütləvi maraq göstəriblər və əsas güclərini bu istiqamətə yönəldiblər. Lakin hazırda çox sıxıntı ilə üz-üzə qalıblar. Belə ki, indi həm sarımsağa alıcı tapılmır, həm də qiymətlər çox aşağıdır. Bu səbəbdən də tonlarla məhsul anbarlarda qalıb.

Stəkanda süd
© Sputnik / Aleksandr Kryazhev

Ağsu rayonundan olan fermerlər Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, ötən il kiloqramı 5-6 manata satılan sarımsağa bu il 0.8-1 manata belə, alıcı tapa bilmirlər. Çıxış yolunu qiymətlər sabitləşənə qədər məhsulu anbarlarda saxlamaqda görsələr də, problem heç də həll olunmayıb.

Fermerlər deyiblər ki, anbarlara toplanan məhsulun çəkisində 30-40 faiz azalma baş verir. Bir qədər də belə davam edərsə, anbarlarda qalan məhsul zay olacaq.

Göyçayda da bu il sarımsaq əkini çoxalıb. Ötən il rayon ərazisində 36 hektar sahədə sarımsaq əkilmişdisə, bu il bu rəqəm 74 hektara çatıb. Hər hektar sahəyə 400-450 kiloqram toxum əkən fermerlər builki məhsuldarlıqdan razıdırlar.

Sarımsaq əkini rayonun, əsasən, çay ətrafı kəndlərində aparılıb. İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikkənd, Şıxbəy və Şıxəmir də daxil olmaqla, 17 kənddə sarımsaq becərilib.

Təsərrüfatçılar gələcəkdə əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar. Göyçayın Şıxbəy kəndindən olan təsərrüfatçı Sərkər Süleymanov növbəti mövsüm 5 hektar sahədə sarımsaq əkməyi planlaşdırır. Əsasən, yerli Şirvan sortuna üstünlük verən fermerlər bunun həm istiyə, həm də 40-45 dərəcə soyuğa davamlı olduğunu deyirlər.

Lakin yuxarıda qeyd olunan iki problem fermerləri sıxıntıda və tərəddüddə saxlayır. Və onlar necə bir qərar verməli olduqlarını bilmirlər.

"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, bölgələrdə sahələrdə qalmış məhsulların bazarlara çıxarılması ilə bağlı işlər davam etdirilir: "Digər kənd təsərrüfatı məhsullarının, eləcə də sarımsağın yerli bazarlara, yarmarkalara və ehtiyac yarandıqda xarici bazarlara çıxarılması istiqamətində işlər davam etdiriləcək".

Qurumdan o da qeyd olunub ki, yaranmış ən böyük problemlərdən biri də fermerlərin məhsulları daxili bazara çıxarmağa yox, elə anbarlarda saxlamağa üstünlük vermələridir.

13737
Teqlər:
qiymət, alıcı, fermer, sarımsaq, təsərrüfat, rayon
Əlaqədar
Qoxusuz sarımsaq yetişdirilir
Sarımsaqlı südün faydalarını siz də bilin
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

8
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

8
Pulun sayması, arxiv şəkli

Müharibəyə görə həyatını itirən hərbçi mülki şəxslərin krediti silinəcək

32
(Yenilənib 16:46 24.10.2020)
Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

BAKI, 24 oktyabr — Sputnik. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır. Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, Vətən uğrunda canından keçən Şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət və ehtiramla yanaşmış və bu münasibət hər zaman davam edəcəkdir!

"Hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə ABA-nın üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər:

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

- Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

İctimaiyyətə məlum olduğu kimi ölkəmizdə hərbi vəziyyətin elan edildiyini nəzərə alaraq, cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır. Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır.

Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

Qələbə bizimlədir!"

32
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

0
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

0