Mixail Boçarnikov

"Azərbaycanla Rusiyanın Xəzərlə bağlı yeni planı var" Səfir

69
(Yenilənib 12:08 24.12.2018)
Mixail Boçarnikov: "Xəzər dənizində dəniz kruizi turizminin inkişafını planlaşdırırq"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 dekabr - Sputnik. "Azərbaycan və Rusiya Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq və dəniz turizmini inkişaf etdirmək niyyətindədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

O, bu ilin avqustunda Astanada Xəzər dənizinin hüquqi statusuna dair xəzəryanı ölkələrin hökumət başçılarının imzaladığı Konvensiyanı tarixi hadisə kimi dəyərləndirib: "Mənə çox xoşdur ki, Azərbaycanda da bu hadisə ilin ən önəmli siyasi hadisələrindən biri kimi dəyərləndirilir".

Rusiya səfiri vurğulayıb ki, ölkələr Xəzər dənizi hövzəsində nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir: "Rusiya və Azərbaycan Xəzər dənizi üzərində Olya limanı və Azərbaycanda olan liman arasında dəniz, nəqliyyat xəttinin açılması üzərində düşünür. Həmçinin Xəzər dənizində dəniz kruizi turizminin inkişafını planlaşdırırq".

69
Teqlər:
Mixail Boçarnikov, səfir, turizm, Xəzər dənizi, Rusiya, Azərbaycan
Əlaqədar
Xəzəryanı ölkələrin jurnalist təşkilatlarının ittifaqı yaradıla bilər
Ramiz Mehdiyev Patruşevlə Xəzərin statusunu müzakirə edib
Xəzərin Azərbaycandakı hissəsi güclü silkələndi
Xəzər dənizində İranın gəmisi qəzaya uğrayıb