Купюры достоинством в 100 манатов

Dövlət büdcəsinin tərtibi icrası qaydalarına dəyişiklik edilib

36
(Yenilənib 10:53 24.12.2018)
Baş nazir Novruz Məmmədov dəyişikliklə bağlı əmr imzalayıb

BAKI, 24 dekabr — Sputnik. "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na dəyişiklik edilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official web-site of President of Azerbaijan Republic

Qərara görə, Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 6.4-cü bəndi (dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırılması barədə Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən əsaslandırılmış təklif olmadıqda, Nazirlər Kabineti sentyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılaraq, sekvestr tətbiq olunması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir) ləğv olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanunu imzalayıb. 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib.

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

36
Teqlər:
dəyişiklik, qayda, icra, dövlət büdcəsi
Əlaqədar
Milli Məclis dövlət büdcəsini təsdiqlədi
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi qəbul edildi
Prezident ölkənin dövlət büdcəsini təsdiqlədi