Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Forbes" biznes üçün uğurlu olan ölkəni açıqladı

© AFP 2023 / ANTONIO SCORZAМужчина у стенда с журналами, фото из архива
Мужчина у стенда с журналами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkələrin dəyərləndirilməsi zamanı 15 göstərici nəzərəm alınır

BAKI, 21 dekabr — Sputnik. "Forbes" jurnalı biznes üçün ən yaxşı ölkələrin siyahısını açıqlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, siyahıda investorlar üçün cazibəli olan 161 ölkənin adı qeyd edilib. Rusiya siyahıda 55-ci yerdədir. 

Məlumata görə, siyahıda 1-ci yerdə Böyük Britaniya, ikinci yerdə İsveç, 3-cü yerdə isə Honqonq qərarlaşıb. Ən yaxşı ölkələrin 5-liyinə Niderland və yeni Zelandiya da yer alıb. ABŞ siyahıda 17-ci yerdədir.

Xatırladaq ki, jurnal 30 ildir öz reytinq siyahısını hazırlayır. Britaniya ikinci ildir ki, siyahıya liderlik edir.

Ölkələrin dəyərləndirilməsi zamanı 15 göstərici nəzərə alınır. Krallıq bu göstəricilərin hamısını özündə birləşdirir.

"Forbes" ekspertləri qeyd edirlər ki, Böyük Britaniyanın "kədərli" gələcəyinə baxmayaraq, Krallıqda işgüzar iqlim cazibədar olaraq qalır.

 

Xəbər lenti
0