Bərpa olunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri mövzusunda konfrans keçirilib

Azərbaycanda külək günəş enerjisindən istifadəyə dair planlar hazırlanıb

79
Cəmil Məlikov: "Təəssüflər olsun ki, Azərbaycan ərazisinin imkanları daha böyük stansiyaların yerləşməsinə imkan vermir"

BAKI, 14 dekabr — Sputnik. Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən "Bərpa olunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri" mövzusunda konfrans keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, energetika nazirinin müavini Samir Vəliyev bərpa olunan enerji sahəsində görülən işlərdən söz açıb.

"Hazırlanan strateji yol xəritəsində günəş, külək, ümumilikdə bütün bərpa olunan enerji sahələri və bununla bağlı digər məsələlər müəyyənləşib. Bu işin icrası üçün əsas məqsədimiz isə, bu planları həyata keçirməyə imkan verəcək müvafiq qanunvericilik bazasının yaradılmasıdır" – deyə nazirlik rəsmisi əlavə edib.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bütün bu tədbirlərin görülməsi üçün normativ-hüquqi bazanın tələblərə cavab verməsinin vacibliyini vurğulayıb: "Ümumi enerji kütləsinin müəyyənləşməsi üçün nə qədər günəş, külək kütləsi, su axını və digər bu cür amillər müəyyənləşməlidir. Bundan başqa, potensial kütlələrin yerinə də nəzər yetirilməlidir. Çünki bu gün elə enerji kütlələri var ki, dağın başında yerləşdiyi üçün onlardan istifadə edə bilmərik".

C.Məlikov, həmçinin potensialların müəyyənləşməsi üçün yaradılan məntəqə ölçü müşahidə stansiyaları haqda da məlumat verib: "Bu gün bizim 85 metr hündürlükdə yerləşən məntəqə ölçü müşahidə stansiyalarımız var. Yaradılan 14 belə stansiya investorların maraqlı olduğu ərazilərdə fəaliyyət göstərir".

Agentlik rəsmisi külək enerjisinin əldə edilməsi üçün münbit ərazilərdən danışıb: "Abşeron yarımadası və onun şimal hissəsi külək enerjisinin əldə edilməsi üçün münbit hesab edilən ərazilərdəndir. Naxçıvan Muxtar Respublikasının ərazisi isə günəş enerjisinin əldə edilməsinə imkan verən ən münbit ərazilərdən biridir. Lakin təəssüflər olsun ki, Azərbaycan ərazisinin imkanları daha böyük stansiyaların yerləşməsinə imkan vermir".

Daha sonra bu istiqamətdə qanun layihəsinin hazırlanması üzrə baş məsləhətçi, DNV-GL şirkətinin eksperti İlka Levinqton çıxış edib. O, özəl investisiyaların Azərbayanda bu sahəyə cəlb edilməsi üçün qanunvericilik aktına daxil ediləcək müddəlardan söz açıb.

"Bu qanun layihəsində bərpa olunan enerji mənbələrindən istifadəyə dəstək rejimləri, istehsal güclərinin şəbəkəyə qoşulması və istehsal olunan elektrik enerjisinin satın alınması ilə bağlı təminatlar haqda məsələlər yer lacaq. Həmçinin, elektrik enerjisi şəbəkəsinin idarə olunması ilə bağlı texniki qaydalar, müqavilə bazası, lisenziya və icazələr kimi bir sıra önəmli nüanslar da burada əksini tapacaq" - İ.Levinqton vurğulayıb.

79
Teqlər:
günəş, külək, enerji, Azərbaycan Respublikası
Əlaqədar
Samir Axundov: “Elektrik enerjisinə dair yeni qanun layihəsi hazırlanıb”
Qazdan istifadə və elektrik enerjisi şəbəkəsinə qoşulma qayadaları dəyişdirildi
Bu zəhəri hamı içir: Azərbaycandakı enerji içkilərinin tərkibi yoxlanacaq