Beynəlxalq Valyuta Fondunun emblemi

Beynəlxalq Valyuta Fondu hökumətlərə xəbərdarlıq etdi

106
(Yenilənib 16:31 12.12.2018)
"Mərkəz bankları adət etmədikləri tədbirləri sınamaq məcburiyyətində qalacaqlar. Ancaq onların nə qədər fəal olacaqları məlum deyil"

BAKI, 12 dekabr — Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) sədr müavini David Lipton qlobal iqtisadiyyatın üzərində fırtına buludlarının yığıldığını və hökumətlər ilə mərkəz bankların bəlkə də belə bir vəziyyətdən çıxış imkanlarına sahib olmadıqlarını açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, David Lipton bazarlara xəbərdarlıq edib: "Bir çoxunuz kimi mən də fırtına buludlarının yığıldığını görürəm və böhranın qarşısını almaq üçün hazırlıqların başa çatmadığından qorxuram".

MDB ölkələrinin bayraqları, arxiv şəkli
© Sputnik / Tabyldy Kadyrbekov

Lipton, dünya iqtisadiyyatının son iki ildə yaşadığı "günəşli" günlərdə BVF-nin hökumətlərə "deşik dam örtüklərini təmir etmələri" üçün davamlı olaraq xəbərdarlıq etdiyini söyləyib.

Onun sözlərinə görə, mərkəz bankları yəqin ki, adət etmədikləri tədbirləri sınamaq məcburiyyətində qalacaqlar: "Ancaq onların nə qədər fəal olacaqları məlum deyil. Ona görə də narahatlıq duymaqda haqlıyıq".

Lipton dünyada böhranın olacağı təqdirdə siyasətçilərin təzyiq altında qalacaqlarını və özlərini təcrübələri olmayan vəziyyətlərlə qarşılaşacaqlarını bildirib.

"Ancaq ən böyük risk hələ də ABŞ ilə Çin arasında ticarət müharibəsidir. BVF-nin proqnozuna görə, əgər təhdid olaraq irəli sürülən bütün gömrük rüsumları tətbiq ediləcək olarsa, bu, dünyanın özünü öz əli ilə vurması olar. Ona görə də ABŞ ilə Çin arasında razılaşmanın olması çox əhəmiyyətlidir" - deyə o bildirib.

106
Əlaqədar
İqtisadi böhran zamanı doğulan uşaqlar xəstə olurlar
Ekspert: Dünyada iqtisadi böhran yoxdur və gözlənilmir
Psixoloqlar: İqtisadi böhran cəmiyyətdə stressə səbəb olur