Elşad Məmmədov

"Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10 milyard dollara çatdırıla bilər"

32
(Yenilənib 13:26 12.12.2018)
Elşad Məmmədov: "Bizim iqtisadi əməkdaşlığımız üçün böyük potensial mövcuddur"

BAKI, 12 dekabr — Sputnik. 13-14 dekabr tarixlərində Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 17-ci iclası olacaq. Bununla bağlı olaraq Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.

İkitərəfli əməkdaşlığın iqtisadi komponentləri barədə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiya İqtisad Məktəbinin direktor müavini, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov deyib ki, ölkələr arasında iqtisadi əməkdaşlığın potensialı tam açıqlanmalıdır.

"Bizim iqtisadi əməkdaşlığımız üçün böyük potensial mövcuddur. Doğrudur, ölkələr arasında ticarət dövriyyəsində müsbət tendensiya var. Lakin düşünürəm ki, bu, hələ istənilən səviyyədə deyil. Hər iki ölkə rəsmiləri ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırırlar. Mən əminəm ki, buna nail olmaq olar" - Məmmədov bildirib.

İqtisadçı əlavə edib ki, ölkələrimiz dünya iqtisadiyyatının prioritet sahələrində müvafiq investisiya layihələrini həyata keçirsə, uğur qazana və ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafını daha yüksək səviyyəyə çatdıra bilərik.

32
Teqlər:
ticarət, Rusiya Federasiyası, Moskva
Əlaqədar
Rusiya tərəfindən axtarışda olan 12 nəfər Azərbaycanda tutulub
Azərbaycan raket üçün Rusiyaya müraciət etməyib
Rusiya azərbaycanlı terrorçunu axtarır
Rusiya və Azərbaycan arasında rouminq tarifləri azaldılır
Neft buruqları, arxiv şəkli

Azərbaycan nefti 39 dollara düşüb

6
(Yenilənib 11:17 29.10.2020)
Neftin qiyməti dünyada koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,26 dollar ucuzlaşaraq 39,26 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,07 dollar artaraq 39,19 dollar, "Light" markalı neftin qiyməti isə 0,13 dollar bahalaşaraq 37,52 dollar olub.

Qeyd edək ki, neftin qiyməti dünyada koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Neft buruqları, arxiv şəkli

Azərbaycan nefti kəskin bahalaşdı

32
(Yenilənib 11:00 28.10.2020)
"Brent" markalı neftin qiyməti isə 0,61 dollar geriləyərək 40,59 dollar, "Light" markalı neftin qiyməti 0,77 dollar ucuzlaşaraq 38,80 dollar olub

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,05 dollar artaraq 41,52 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,61 dollar geriləyərək 40,59 dollar, "Light" markalı neftin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 38,80 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

32
(1:31 / 9.43Mb / просмотров видео: 5)

Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət video

2
(Yenilənib 12:33 29.10.2020)
Ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalan Bərdə şəhərinin mərkəzi hissəsi mərmilərdən təmizlənib, atılan raketlərin qalıqları toplanıb. Şəhərdə baş verənləri videomuzdan izləyin.

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri Bərdə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazisindəki mülki obyektlərə və infrastrukturlara raket zərbəsi endirib.

Bərdədə nə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar >>

Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket atması nəticəsində 21 mülki şəxs həlak olub, təxminən 70 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat sisteminə böyük ziyan dəyib. Ölən və yaralananların hamısı mülki şəxslərdir.

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini intensiv artilleriya atəşinə tutması nəticəsində beş mülki şəxs həlak olub, 13 nəfər yaralanıb. Həlak olanların arasında yeddi yaşlı qız uşağı da var.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə