Mərkəzi bank

"Mərkəzi Bank problemli kreditlərə güzəştlər tətbiq edə bilər"

704
(Yenilənib 10:55 22.11.2018)
Mərkəzi bank həm milli, həm də xarici valyuta ilə götürülən problemli kreditlərə güzəşt edə bilər

BAKI, 22 noyabr — Sputnik. "Son günlər problemli kreditlərə güzəştlərin edilməsi məsələsi yenidən gündəmə gəlib. Gürcüstan hökumətinin problemli kreditləri bağışlaması qərarından sonra Azərbaycanda da belə bir addımın atıla biləcəyi müzakirə edilir. Xarici valyutalarda olan kreditlərə güzəştlərin edilməsinin tərəfdarı kimi 2015-ci ilin aprelində "üç tərəfli güzəşt mexanizmi" ilə bağlı təkliflərimi hökumətə təqdim etmişdim". Sputnik Azərbaycan  xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov öz "Facebook" səhifəsində güzəştli kreditlərlə bağlı şərhində qeyd edib.

"2015-ci ilin apreli ilə müqayisədə bu kreditlərin əsas məbləğinin həcminin azaldığını nəzərə alsaq fərqin bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğun olardı. Yəni, 2015-ci ildə 3 təfəfli güzəşt mexanizmi aktual idisə, hazırda 2 tərəfli yanaşma daha uyğundur. Çünki əvvəlki təklif olunan güzəşt mexanizminin əsas iştirakçısı olan vətəndaşların müəyyən hissəsi artıq ödənişlər ediblər. 1 dollar 0.78 manat məzənnəsi ilə 30 faizlə 10 min 000 min dollar kredit götürən vətəndaşın ilkin öhdəliyi 10 140 manat idisə devalvasiyalardan sonra bu rəqəm 22 min 100 manatadək yüksəlib. Təklif olunan mexanizm tətbiq edildikdə Mərkəzi Bank sözügedən kredit üzrə 11 min 960 manatı qarşılamış olur. Kredit borcu olan şəxs isə 10 min 140 manat öhdəliyini yerinə yetirmiş olur" – deyə V.Bayramov əlavə edib.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı manatla kredit götürənlərə güzəştlərin edilməsinə ehtiyac olub, olmadığı haqda da fikirlərini bildirib: "Manat ilə götürülən kreditlərə də güzəşt tətbiq edilə bilər. Çünki devalvasiya kredit öhdəliyi olan vətəndaşın xərclərini artırıb. Bu səbəbdən manat ilə kreditin qaytarılması üçün ailə büdcəsinin ayrılan məbləğinin həcmi azalıb. Digər tərəfdən, bu kreditlər üzrə faizlər yüksək olduğundan da həmin kreditlərin qaytarılması müəyyən çətinliklər yaradır. Məsələn, 30 faizlə 10 min manat kredit götürən vətəndaş əsas məbləği qaytarır, faiz isə (təxminən 3 min manat) bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilir". 

V.Bayramovun sözlərinə görə, xarici valyutada kredit götürüb və artıq öhdəliyini ödəyən vətəndaşlar üçün güzəştlər tətbiq edilə bilər: "Devalvasiyadan 3 ildən çox zaman keçdiyi üçün bu müddətdə borc öhdəliklərini artıq yerinə yetirmiş vətəndaşlarımız üçün digər stimullaşdırıcı addımlar atıla bilər. Məsələn, onlar yenidən kredit alamq üçün müraciət etdikdə daha aşağı faizlə borc əldə etmək hüququ qazana bilərlər. Sözügedən vətəndaşlar üçün təşviq mexanizmlərinin işlənib hazırlanması mümkündür".

Alim dövlət büdcəsinin bu güzəştlərə nə dərəcədə hazır olub, olmaması haqda da fikirlərini bildirib: "Kompensasiyasının təklif olunması üçün ölkəmizin maliyyə imkanları var. Bu birdəfəlik ödəniş olduğu üçün hökumətə gələcək zaman öhdəliyi yaratmır. Hazırda Mərkəzi Bankın son məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 748 milyon manatdır. Bu isə o deməkdir ki, hətta qeydiyyata düşməyən problemli kreditlərin də məbləğini nəzərə alsaq, təklif edilən istiqamətlər üzrə güzəştlərin məbləği təxminən 1 milyard manat olacaq. Mərkəzi Bank və yüksək faizli kreditlərdən faydalanan banklar bu məbləği qarşılaya bilər".

704
Teqlər:
güzəşt, problemli kredit, kredit, Mərkəzi Bank
Əlaqədar
"Ölkədə pul kredit siyasəti adekvat vəziyyətə gətirilməlidir"
Ləğv olunmuş banklardan kredit alanlara önəmli xəbər
Lazımsız məsrəflər üçün kredit götürməyin - Banklara yeni səlahiyyət verilir
Pul qabı, arxiv şəkli

İqtisadi paketlə əlaqədar yeni təkliflər var

4
Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar tərəfindən bu barədə məlumat diqqətə çatdırılacaq

BAKI, 3 avqust — Sputnik. “İqtisadi paketlə əlaqədar yeni təkliflər təqdim edilib”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, yaxın günlərdə İqtisadiyyat Nazirliyi, aidiyyəti strukturlar tərəfindən vergi ödəyicilərinə və muzdlu işçilərini ixtisara salmamış və dövlət tərəfindən müəyyən olunmuş qanun çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə bu şərtlər tətbiq olunacaq.

H.Hacıyev əhaliyə sosial müavinətlərin verilməsi ilə bağlı vurğulayıb ki, hazırda bununla bağlı müzakirələr davam etdirilir: “Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar tərəfindən bu barədə məlumat diqqətə çatdırılacaq”.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
İcazə sisteminin ləğvindən sonra rayonlara getmək üçün kağız tələb olunacaq
"Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub"
Hikmət Hacıyev vətəndaşları xaricə səfər etməkdən çəkindirdi
Metro niyə bağlı qaldı?
Mənzil açarı, arxiv şəkli

Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti kəskin dəyişəcək - SƏBƏB

1429
(Yenilənib 13:06 03.08.2020)
Boş torpaq sahələrinin məhdud olması, torpaqların qiymətinin kəskin artması, tikitni normativlərinin sərtləşdirilməsi və s. bu kimi amillər danışnmaz əmlakın qiymətinin artacağından xəbər verir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti arta bilər. Belə ki, pandemiya dövründə satış daşınmaz əmlakın alqı-satqısı dayandığı üçün bazarda durğunluq yaranıb. Bu dövrdə sahibkarlar zərərlərini postpandemiya dövründə çıxara bilmək üçün əmlak qiymətlərini artıra bilər.

Yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

O, qeyd edib ki, 2020 ci ilin əvvəlindən başlayan koronovirus pandemiyası əksər dünya ölkələri ilə bərabər Azərbaycan iqtisadiyyatına da cox ciddi mənfi təsir görtərib: " Neftin qiymətinin düşməsi, bankların bağlanması və digər sahələrə olan yatırımların riskli olması vətəndaşlarda sabaha inamsızlıq yaradıb. Belə ki, əlində vəsaiti olan hər bir vətəndaş yeni yatırım mənbəyi və alternativlər axtarır".

Ekspertin sözlərinə görə, bu gün ölkədə ən etibarlı kapital yatırımı sahəsi məhz tikinti sahəsidir. Belə ki, 2000-ci illərin əvvələrindən inkişaf etməyə başlayan tikinti sahəsi bu gün öz pik həddini yaşayır.

"Tikinti sahəsi dəyərini qoruyub saxlayır. Bununla yanaşı, daşınmaz əmlakın qiymətlərinin artması da sübut edir ki, ən əlverişli gəlir mənbəyi tikinti sektorudur" - deyən E. Fərzəliyev bildirir ki, son 20 ildə əmlak bazarında qiymətlər 7-10 dəfə bahalaşıb.

Belə ki, 2000-ci ildə Elmlər Akademiyası metrosu yaxınlığında 1 otaqlı "xruşovka" layihəli mənzilin qiyməti 10 min manat idisə, indi bu qiymət 60-70 min manatdır.

Onun sözlərinə görə, tikinti sektoru həm də gəlir gətirən bir sahədir: "Məsələn, istənilən əmlak alındığı gündən öz dəyərinin 0.5 faizi nisbətində icarəyə verilərək, gəlir gətirə bilər".

Ekspertin fikrincə, pandemiya dövründə digər ölkələrlə sərhədlərin bağlı olması, xaricdən ölkəyə daxil olan tikinti materiallarının da qiymətlərinin artmasına səbəb olur.

Bununla əlaqədar 1 ildən çoxdur ki, çoxmərtəbəli binalaırn tikintiisndə azalma müşahidə edilir.

E. Fəzrəliyev hesab edir ki, boş torpaq sahələrinin məhdud olması, torpaqların qiymətinin kəskin artması, tikitni normativlərinin sərtləşdirilməsi və s. bu kimi amillər danışnmaz əmlakın qiymətinin artacağından xəbər verir.

"Qiymətlərin düşməsini gözləmək lazım deyil. Çünki daşınmaz əmlakın ucuzlaşmasına səbəb olacaq heç bir amil yoxdur, əksinə, bahalaşması üçün çox səbəb var. Yəni, daşınmaz əmlak üçün qiymət düşəcəyini gözləyənlər diqqətli olmalıdır" - deyə o bildirib.

1429

COVID-lə mübarizədə həkimlərimizə italyanlar kömək edəcəklər - FOTO

0
(Yenilənib 21:18 03.08.2020)
Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək

BAKI, 3 avqust — Sputnik. Bu gün İtaliya Mülki Müdafiə İdarəsinin nümayəndə heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədi ilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi reys ilə Bakıya gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı İtaliyanın ölkəmizdəki səfirliyi yayıb.

Məlumata görə, komanda Pyemont, Toskana, Valle d'Aosta və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

"İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi yaxınlığı unutmur: beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu fəaliyyətlərlə qiymətləndirmək niyyətindədir", - İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd edib.

Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Azərbaycana Uhan şəhərindən ekspertlər gələcəklər