Neft, arxiv şəkli

ABŞ-dan Azərbaycan nefti ilə bağlı proqnoz gəldi

4228
(Yenilənib 20:44 11.11.2018)
EIA 2018-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb

BAKI, 11 noyabr — Sputnik. Azərbaycanda 2018-ci ildə neft və kondensat hasilatı orta hesabla sutkada 0,80 milyon barel təşkil edəcək. 

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bu proqnoz ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) enerji bazarı üzrə noyabr icmalında öz əksini tapıb. Beləliklə, EIA 2018-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.

Həmçinin qeyd olunur ki, 2019-cu ildə hasilat sutkada 0,79 milyon barelə çatacaq, halbuki bundan əvvəlki hesabatda bu göstərici 0,78 milyon idi.

EIA-nın qiymətləndirməsinə görə, Azərbaycanda 2018-ci ilin dördüncü rübündə neft hasilatının həcmi sutkada 0,79 milyon barel təşkil edəcək, oktyabr hesabatında isə bu göstərici 0,78 milyon idi.

Qurumun proqnozuna görə, ölkəmizdə 2019-cu ilin ilk iki rübündə neft hasilatının həcmi 0,80 milyon barel təşkil edəcək: "Üçüncü rübdə hasilat 0,79 milyon barel səviyyəsində gözlənilir, dördüncü rübdə isə — 0,77 milyon barel səviyyəsində".

4228
Teqlər:
neft, Neft hasilatı, proqnoz, Energetika Nazirliyi, Azərbaycan, ABŞ
Əlaqədar
Əli Məsimli: “İxracatda qeyri-neft sektorunun payı artmağa başlayıb”
Neft Fondunun vəsaitlərindən əldə olunan gəlir açıqlandı
Neft bazarı stabilliyi sevir, çünki istənilən gərginlik qiymətlərin artmasına səbəb olur
Neft nə vaxta kimi bahalaşmağa davam edəcək - Ekspert şərhi
İqtisadiyyatı ölən neft ölkəsi və ilk milli elektron valyuta
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

Millət vəkili: “Yeni dəstək mexanizmlərinin tətbiqinə zərurət yaranıb”

3
(Yenilənib 10:57 09.07.2020)
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyir ki, ümumi yanaşma postpandemiya dövründə sürətli inkişaf mərhələsinə keçməkdir
Tahir Mirkişili: “Onlayn kreditlərin verilməsi yaranmış iqtisadi şəraitin reallığıdır”

“Pandemiyanın iqtisadiyyata vurduğu zərərin ölçülməsi ilə bağlı həm dünyada, həm də Azərbaycanda müxtəlif təhlillər aparılır. Bu ilin 5 ayı ərzində xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən məhdudlaşdırıcı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı itki ilə üzləşib, ümumi daxili məhsul 1,7 faiz azalıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AzərTAC-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Bu o deməkdir ki, iqtisadiyyatda zərərlə üzləşmiş bir çox sahələrdə yeni dəstək mexanizmlərinin tətbiqinə zərurət yaranıb. Ümumi yanaşma postpandemiya dövründə sürətli inkişaf mərhələsinə keçməkdir. İndiki halda sahibkara verilən kreditlərin elektron sistem üzərindən qurulması, onlayn kreditlərin verilməsi yaranmış iqtisadi şəraitin reallığıdır. Kredit resurslarının əlçatan olması Azərbaycan dövlətinin hər zaman ciddi əhəmiyyət verdiyi mühüm məsələlərdən olub. Dövlət bu istiqamətdə indiyədək 2 milyard manatdan çox vəsait xərcləyib”.

Tahir Mirkişilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3
Əlaqədar
Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil
Azərbaycanda və dünyada elektrik enerjisi - iyirmi il sonra bizi nə gözləyir
Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
Mərkəzi Bankda valyuta ehtiyatları ilə nə baş verir?
Dövlətlə yarıbayarı "şərik": kredit sel kimi axacaq
Pəncərədə adam, arxiv şəkli

Ciddi böhranın ayaq səsləri eşidilir Amma bu dəfə heç bizdən asılı deyil

914
(Yenilənib 15:47 08.07.2020)
Professor: "Turizm, ictimai iaşə, ticarət və digər sahələrin fəaliyyəti faizlə deyil, dəfələrlə azalır, daralır.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. 2020-ci ilin yanvar ayından ölkədə əmək haqqı kartlarının sayı azalır. Sputnik Azərbaycan Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayının sonunda 2 milyon 355 min ədədə çatan əməkhaqqı kartları sonrakı aylar 29 min ədəd azalaraq mayın sonunda 2 milyon 326 min ədədə düşüb. Əmək haqqı kartları aprel ayında min ədəd, may ayında isə 7 min ədəd azalıb.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında isə bu göstərici 2 milyon 316 min ədəd olub.

Maraqlıdır, əmək haqqı kartlarının sayının azalması nə ilə bağlıdır? Bu, koronavirus pandemiyası dövründə insanların iş yerlərini itirməsindən xəbər verir?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, ölkədə bütövlükdə əmək haqlarının plastik kartlar vasitəsilə ödənişi istiqamətində dinamika müşahidə edilir: "Amma son aylarda əmək haqqı kartlarının sayı azalırsa, bu, iş yerlərinin bağlanmasından, biznes qurumlarının fəaliyyətini dayandırmasından xəbər verə bilər. Əmək haqqı kartları azalırsa, bu, işgüzar fəallığın azalmasıdır. Bu proses iş yerlərinin bağlanması ilə bağlı mənfi dinamikanın olması ilə izah edilə bilər. Düzdür, dövlət tərəfindən işsizlik ilə mübarizədə bir sıra tədbirlər həyata keçirilir. Lakin dayanıqlılıq baxımından iş yerlərinin açılmasının ən konkret göstəricisi məhz əmək haqqı kartlarının dinamikasıdır. Çünki bu, bilavasitə dayanıqlı iş yerlərinin dinamikasını özündə əks etdirə bilən göstəricidir".

Ekspert bildirib ki, bu gün karantin rejimi sərt şəkildə davam etdirilir: "Belə bir şəraitdə iş yerlərinin açılmasından söhbət açmaq kifayət qədər çətindir. Eyni zamanda burada digər problem də ondan ibarətdir ki, məsələ yalnız karantində deyil. Bütövlükdə dünya iqtisadiyyatında dərinləşən böhran faktiki olaraq işsizlik ilə bağlı mənfi dinamikanın olduqca uzun müddətli olmasına səbəb ola bilər. Bu, çox ciddi bir problemdir. Bu problemdən çıxış yolu kimi ölkə iqtisadiyyatına kəskin şəkildə investisiyaların artımı olmalıdır ki, bu da yeni iş yerlərinin açılmasına səbəb olsun. Köhnə iqtisadi model şəraitində hesab etmirəm ki, işsizliklə bağlı yaxın illərdə müsbət dinamika olsun. Çünki biznesin qurulması bir günün işi deyil".

O bildirib ki, turizm, ictimai iaşə, ticarət və digər sahələrin fəaliyyəti faizlə deyil, dəfələrlə azalır, daralır: "Belə olan halda işsizliklə bağlı ciddi problemlər olacaq. Problemdən çıxış yolu yalnız investisiyaların artımı, pul-kredit siyasətinin yumşaldılması olmalıdır ki, güzəştli şərtlərlə biznesin qurulmasına şərait yaradılsın. Proses illərlə davam edə bilər və bunun qarşısını almaq üçün işgüzar fəallığı stimullaşdırmalıyıq. Bunun üçün də güzəştli şərtlərlə kreditlər aktiv şəkildə verilməlidir ki, biznes canlansın. Biznesin canlanması baş verməsə, yaxın illərdə işsizliklə bağlı problemləri həll etmək mümkün olmayacaq".

914
Rusiya polisi, arxiv şəkli

İş adamlarının qətllərini sifariş verən qubernator saxlanıldı

0
(Yenilənib 12:36 09.07.2020)
Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.

 

BAKI, 9 iyul — Sputnik. Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqala qarşı cinayət işi açılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

O qeyd edib ki, Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.

Petrenko qeyd edib ki, iş üzrə cinayətkar qrupun daha dörd fəal üzvü saxlanılıb. Artıq saxlanılan şəxslərə qarşı ittiham irəli sürülüb. Yaxın saatlarda Furqala da ittiham elan olunacaq.

0