Азербайджанские манаты разного номинала

Büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək

127
(Yenilənib 13:27 05.11.2018)
2019-cu ildən etibarən büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək

BAKI, 5 noyabr - Sputnik. "Azərbaycanın 2019-cu il icmal və dövlət büdcələrinin layihələri büdcə sistemi haqqında qanundan irəli gələn tələbləri, prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyə naziri Samir Şərifov büdcə müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu amillərlə yanaşı praqnozlaşdırma zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illlər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyllər, o cümlədən 2019-cu ildə ümumdaxili məhsulun 3,6 faizlik qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti, dövlət büdcəsi və dövlət neft fondunun gəlirlərinin hesablanmasında isə bir barel xam neftin satiş qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib. 

O deyib ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müəyyən sabitləşmə və hətta artma proseslərinin ölkəmizə müsbət iqtisadi təsiri ehtimal olunsa da regiondaki iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfaşlarımızın valyutalarının ucuzlaşması, Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu isə bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması digər tərəfdən isə idxalın artımı rislərini aktuallaşdırır.

"Qeyd etməliyəm ki, yuxarıda sadalanan xarici mənşəli makro iqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması zənnimizcə 2019-cu ildə həyata keçiriləcək manitar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. Bununla əlaqədar büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir", - deyə maliyə naziri qeyd edib.

Nazir diqqətə çatdırıb ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başalayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq: "Qaydanın tətbiqi neft qiymətlərinin qalxışı və enişi zamanlarında dövlət xərclərinin prosiklikliyinin qaldırılması və dayanıqlı olmasını tələb edir. Bu əsasda icmal büdcənin xərclərinin yuxarı həddi üzrə məhdudiyyət tətbiq edilir. Bununla icmal büdcənin qeyri-neft baza kəsiri, yəni neft gəlirləri istisna olmaqla gəlirlərin qeyri-neft ümümdaxili məhsula nisbəti, yəni büdcənin yalnız qeyri-neft gəliri hesabına formalaşması zamanı yaranan kəsiri qeyri-neft ümumdaxili məhsulda nisbətini tədricən azaldılmasına nail olması nəzərdə tutulub".

"Nəticə etbarı ilə, təqdim olunmuş sənədlərdə icmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət neft fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. Icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbəti 30 faizədək və cari ilin göstəricisi isə müqayisədə 1,7 faiz bənd azaldılır. Bu da artıq büdcə qaydasının işə salınmasının əyani göstəricisidir"-deyuə o bildirib.

Onun sözlərinə görə, 2019-cu ildən etibarən büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək. Şübhəsiz ki, 2019-cu ilin dövlət büdcə siyasətinin əsas prinsipləri əvvəlkilərdən fərqlənmir. Bunlar əsasən büdcənin sabitliyi və uzunmüddətli dayanıqlığının təmin edilməsi, şəffaflığın, ortamüddətli maliyyə proqnozlaşdırılmasının effektivliyinin və səmərəliyinin və eyni zamanda maliyyə nəzarətinin və monitorinqinin tətbiq edilməsinə yönəlib. Eyni zamanda 2019-cu ildə büdcənin sabitliyi və uzunmüddətli dayanıqlığının təmin edilməsi məqsədilə 2019-cu ildən yeni büdcə qaydasının tətbiqi və beləliklə müəyyən məhdudiyyətin büdcə xərclərinə qoyulması, hesab edirik ki, büdcə dayanıqlığına böyük xidmətlər göstərəcək. 2019-cu ildə ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft və baza kəsirinin qeyri-neft ümümdaxili məhsula nisbətinin azaldılması hədəflənir. Bu hədəf dövlət büdcəsinin layihəsində öz əksini tapıb.

127
Teqlər:
Samir Şərifov, büdcə, vergi
Əlaqədar
Vergi sistemində tətbiq olunacaq yeniliyin mahiyyəti aydın oldu: İşimiz asanlaşır
İqtisadçı yeni gömrük vergi siyasəti ilə bağlı həyəcan təbili çaldı
Sadələşdirilmiş vergi sisteminin ləğvi barədə məlumatlara aydınlıq gətirildi
Sadələşdirilmiş vergi ləğv edilərsə, hər kəsə bir mühasib lazım olacaq
Vergi sistemindəki islahatlar özündə nələri ehtiva edir - İki prioritet istiqamət
Büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək