Maliyyə hesabatı

Gizli iqtisadiyyat "qara mühasibatlıq" aradan qalxacaq

11558
(Yenilənib 17:06 31.10.2018)
Azərbaycanda bütün vergi ödəyiciləri "Vahid Mühasibatlıq Sistemi"nə keçəcəklər

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. Azərbaycanda bütün vergi ödəyicilərinin "Vahid Mühasibatlıq Sistemi"nə keçidi imkanları təhlil olunacaq, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcək. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaq".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev
© Sputnik / Kemale Aliyeva
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev

Bu, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda əksini tapıb.

Vergi ödəyicilərinin vahid mühasibatlıq sisteminə keçidini Sputnik Azərbaycan-a şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib ki, qanunvericiliyə edilən son dəyişikliklərdən sonra artıq Azərbaycanda beynəlxalq mühasibat uçotu standartlarına keçid yaşanır.

"Bütün ölkə ərazisində, beynəlxalq aləmdə olduğu kimi, vahid mühasibat uçotu standartları tətbiq olunacaq. Eyni zamanda, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcək. Hazırda tətbiq edilən elektron qaimə bunun bir nümunəsidir. Şirkətlər arasında alqı-satqı, tədarük müvafiq qurumların görə biləcəyi şəkildə elektron qaydada həyata keçirilə biləcək" - deyə Atakişiyev bildirib.

Onun sözlərinə görə, artıq heç bir vergi yoxlaması aparılmadan müəssisələr arasında aparılan əməliyyatlar burada öz əksini tapacaq: "Hazırda bunun bir hissəsi həyata keçirilməkdədir. Bunun növbəti illər üçün daha təkmil formada həyata keçirilməsi planlaşdırılır".

R.Atakişiyev əlavə edib ki, bunun bütün ölkə ərazisində tətbiqi nəzərdə tutulur: "Müəssisələr mühasibat uçotunu aparanda bu, vahid bir şəkildə görünəcək. Büdcə təşkilatlarında da bunun həyata keçirilməsi sürətləndirilib və burada bulud texnologiyasından (proqram-aparat təminatı) istifadə edilməyə çalışılır. Beləcə, hər bir təşkilatın kabinetləri, qovluqları formalaşır".

Ekspertin firkincə, "Vahid Mühasibatlıq Sistemi"nə keçidi zəruri edən məsələlər çoxdur: "Bu, şəffaflığa, maraqlı tərəflərin hesabatları vaxtında əldə etməsinə, gizli iqtisadiyyatın açıq iqtisadiyyata, "qara mühasibat"lığın, "ağ mühasibat"lığa keçməsinə, proqnozlaşdırmanın düzgün şəkildə həyata keçirilməsinə və s. gətirib çıxarır".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə, Sputnik Azərbaycan-a şərhində qeyd edib ki, hazırda şirkətlərin və fərdi sahibkarların mühasibatlıqları fərqli elektron, rəqəmsal sistemlər çərçivəsində həyata keçirilir: "Onların sistemi ilə vergi orqanının sistemi arasında müəyyən fərqlər yarana bilir və bu zaman vaxt itkisi olur".

"Bunun araşdırılması tərəflər üçün vaxt itkisidir. Vergi ödəyicilərinin "Vahid Mühasibatlıq Sistemi"nə keçidini müsbət qiymətləndirirəm" - Həsənov vurğulayıb.

Dövlət Proqramında deyilir ki, kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcək.

11558
Teqlər:
Əkrəm Həsənov, Ruslan Atakişiyev, Sputnik Azərbaycan, şirkət, "Vahid Mühasibatlıq Sistemi", Azərbaycan
Əlaqədar
Vergi sistemindəki islahatlar özündə nələri ehtiva edir - İki prioritet istiqamət
Maliyyə Monitorinqi Xidməti ilə bağlı vacib qərar verildi
İlin sonunadək maliyyə bazarımızda nə baş verəcək - Xarici və daxili gözləntilər
Maliyyə Bazarlarına Nəzarət Palatasında çatışmayan nədi – ekspert şərhi
Prezident vergilərlə bağlı dəyişikliklərin tətbiqinə qərar verdi
Sadələşdirilmiş vergi ləğv edilərsə, hər kəsə bir mühasib lazım olacaq
Manat, arxiv şəkli

Fermerlərə payızlıq əkinlərə görə subsidiyalar ödənilib

15
(Yenilənib 10:59 09.03.2021)
AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib.

BAKI, 9 mart — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi 182650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib. Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə 335 min nəfərdən artıq fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib. Fermerlərin əkin bəyanları yoxlandıqca, mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür.

AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Nağdlaşdırıla bilməyən hissə ilə fermerlər gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.

2021-ci il üçün Subsidiya Şurasının təsdiqlədiyi subsidiya əmsallarındakı yeniliklər ödənilən subsidiyalarda öz əksini tapıb.

 

15
Natiq Heydərov, KOB departament rəhbəri

Departament müdiri sahibkarlar üçün elan edilən müsabiqənin şərtlərini açıqlayır

14
(Yenilənib 20:13 05.03.2021)
KOBİA-nın departament müdiri Natiq Heydərov deyir ki, müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər
Natiq Heydərov: “Layihələrin maliyyələşdirilməsi KOBİA tərəfindən həyata keçiriləcək”

“Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın departament müdiri Natiq Heydərov açıqlayıb.

“Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər. Layihələrin icrası 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib”, - deyə N.Heydərov bildirib.

14
Yeni Azərbaycan Partiyasının inzibati binası

Parlament sədri: “YAP-ın qurultayında mühüm qərarlar qəbul edilib”

0
"Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mən YAP-ın qurultayı münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış edib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

"Proqram xarakteri daşıyan bu nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib"-deyə o qeyd edib.

Sədr bildirib ki, bu gün biz qürurla söyləyirik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll edib, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad edib, dövlətimizin ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.

O qeyd edib ki, qurultayda bir sıra mühüm qərarlar qəbul edilib, struktur və kadr dəyişiklikləri həyata keçirilib: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Mən bütün həmfikirlərim adından Mehriban xanım Əliyevanı təbrik edir, bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıram. Eyni zamanda, partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarımızı təbrik edirəm. İnanıram ki, onlar bu yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar".

"Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranmış, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf etmiş və ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlib. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək Azərbaycanın xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər"-deyə o əlavə edib.

 

0