Bakı-Balakən qatarı

Azərbaycana milyardlar qazandıracaq layihə işə düşür

782
Ümumilikdə, nəqliyyat dəhlizinin uzunluğu 7,2 min kilometrdir

BAKI, 1 noyabr — Sputnik. Rusiya, Hindistan və İran noyabr ayında Beynəlxalq Nəqliyyat Dəhlizi "Şimal – Cənub"u işə salır. Bu barədə Sputnik Azərbaycan İranın "Press TV" telekanalına istinadən xəbər verir.

Ümumilikdə, nəqliyyat dəhlizinin uzunluğu 7,2 min kilometrdir. Yeni layihədə həm dəmiryolu, həm də su nəqliyyatından istifadə olunacaq. Mallar Hindistandan İranın Bəndər-Abbas limanına gətiriləcək, daha sonra Bəndər-Ənzəlidən Xəzər sahillərinə, Azərbaycana yola salınacaq. Buradan dəniz yolu ilə Həştərxana, oradan isə dəmir yolu ilə Avropaya yola salınacaq.

Dəhliz Süveyş kanalının daha ucuz və qısa alternativi olacaq. Belə ki, yeni nəqliyyat dəhlizində daşımların zamanı və qiyməti 30-40% azalacaq. Məsələn, Süveyş kanalı ilə müqayisədə məhsullar Mumbaydan Moskvaya "Şimal – Cənub" dəhlizi ilə 20 gün daha tez gələcək. Bundan əlavə, yeni yolla il ərzində 20-30 min yükün daşınması planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Hindistanın ticarət və sənaye naziri Sureş Prabhu dəhlizin mümkün qədər tez bir zamanda işə salınmasına çalışdıqlarını bildirib. Yeni dəhliz üzrə test daşımaları ilk dəfə 2014-cü ildə baş tutub.

782
Teqlər:
nəqliyyat, İran, Hindistan, Rusiya
Əlaqədar
Keçmiş Nəqliyyat Nazirliyinin səlahiyyətləri başqa dövlət qurumuna verildi
İlham Əliyev: "Ölkəmiz mühüm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilir"
Sürücülərin nəzərinə: Bakı Nəqliyyat Agentliyi xəbərdarlıq etdi