Dollar və avro

Ən islahatçı 10 ölkə siyahısına daxil edildik

147
(Yenilənib 12:21 01.11.2018)
Dünya Bankının hesabatına əsasən, Azərbaycan bu ilki qiymətləndirmədə dünya üzrə 25-ci yerdədir

BAKI, 1 noyabr — Sputnik. "Avro niyə dəyər itirir və gözləntilər nədir? Avrozonada mövcud siyasi və iqtisadi dəyişikliklər avronun kursunun azalmasına səbəb olub. Avrozona üçün 2018-ci ilin 9 ayının nəticələri proqnozlaşdırılandan xeyili bədbin olub. Zonada cəmi 0.2 faiz iqtisadi artım qeydə alınıb. Buna rəğmən infilyasiya göstəricisi gözləniləndən daha yüksəkdir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, Almaniya kanslerinin seçkilərdə iştirak etməyəcəyini bəyan etməsi də birjaya təsirsiz ötüşməyib.

"Avrozona gündəmini tutan İtaliyanın populist büdcəsi də avronu sarsıdan səbəblərdən hesab edilir. Avronun məzənnəsində yaxın vaxtlar üçün kəskin artımlar proqnozlaşdırılmasa da, gözlənilir ki, Avropa pulu müəyyən müddətdən sonra stabilləşə biləcək" - ekspert bildirib.

"Amma Avropa İttifaqının büdcəsi və İtaliyadakı siyası problemlər qalarsa, o zaman avro yeni "qara günlərini" yaşaya bilər. Qeyd edim ki, bu ilin martında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazım idisə, indi tələb edilən məbləğ 1.13-dək azalıb. Bu, avronun yalnız son 6 ayda 9 faiz ucuzlaşması deməkdir" - o, əlavə edib.

Bayramov Dünya Bankının 2019-cu il üçün "Bizneslə Məşğul olmaq" hesabatında Azərbaycanın mövqeynin kəskin yaxşılaşmasına da toxunub: "Dünya Bankının hesabatına əsasən, Azərbaycan bu ilki qiymətləndirmədə dünya üzrə 25-ci yerdədir və qlobal olaraq ən islahatçı 10 ölkə siyahısına daxildir. Siyahıda ölkəmiz MDB dövlətləri arasında ən yaxşı göstəriciyə malikdir. Hesabata görə, Azərbaycan 2017/2018-ci illərdə 8 islahat həyata keçirərək tədirlərin sayına görə ilk onluqda birincidir".

"Türkiyə 7 islahat ilə ikincidir. Dünya Bankının qiymətləndirmələrinə görə, bura tikintiyə icazənin verilməsi üçün bir pəncərə sisteminin formalaşması, elektrik əldə etmək üçün ASAN xidmətdən faydalanmaq imkanının yaranması, yeni kredit bürosunun yaradılması, əmlak qeydiyyatının asanlaşması kimi fəaliyyətlər daxildir" - deyə iqtisadçı vurğulayıb.

147
Teqlər:
Vüqar Bayramov, ekspert, iqtisadçı, Avrozona, iqtisadiyyat, avro
Əlaqədar
Professor: “Dünya iqtisadiyyatında neftin çəkisi azalacaq”
MDB-də iqtisadi vəziyyət necədir
MDB ölkələrinin iqtisadiyyatını nə gözləyir - Ekspert şərhi
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
Dünyanı qorxudan proqnoz – ABŞ iqtisadiyyatı çökəcək