Büdcə

Azərbaycan Rusiya büdcəsi 2019-cu ildə: Bu "qayıq" dərəcədə dayanıqlıdır

5752
(Yenilənib 21:51 25.10.2018)
Azərbaycan və Rusiyanın 2019-cu ilin dövlət büdcə proqnozlarının özünün doğrultması üçün gərək neft 65 dollardan aşağı düşməsin

Fual Əlizadə, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. Yola salmaqda olduğumuz ilin son aylarında bir sıra ölkələrdə növbəti ilin əsas qanunu — 2019-ci ilin dövlət büdcəsi haqqında qanunla bağlı qızğın diskussiyalar gedir.

Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcə paketini hazırlayarkən mühafizəkar yanaşma tətbiq edib. Belə ki, büdcədə Azərbaycan neftinin bir barelinin qiyməti 60 dollardan nəzərdən tutulub.

Azərbaycanda neftin bir barelinin qiymətinin 55 dollardan 60 dollara qalxmasına baxmayaraq, növbəti dəfə də defisitli büdcə (kəsirli büdcə) qəbul edilib — gəlirlər 22,917 milyard manat, xərclər isə 24,780 milyard manat proqnozlaşdırılıb. 

Eyni zamanda, büdcənin gəlirlər hissəsinin 11,533 milyard manatının Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfer edilməsi planlaşdırılıb. Neft sektorundan daxil olan vergiləri nəzərə alsaq, bu sektordan daxilolmaların həcmi 59,8 faiz təşkil edəcək. Qeyd edək ki, 25 oktyabr tarixindən etibarən Azərbaycan Mərkəzi Bankında milli valyutanın məzənnəsi bir manat üçün 1,7 manat təşkil edir.

Azərbaycan və Rusiyanın oxşar cəhətləri var. Bundan əlavə, Azərbaycan ixracatçıları üçün Rusiya büdcəsinin əsas parametrlərinə olan maraq, əsasən, Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracının Rusiya bazarına yönəldilməsi ilə bağlıdır. 

Azərbaycandan fərqli olaraq, Rusiyada RF Dövlət Duması tarixdə ilk dəfə profisitli büdcə (artımlı büdcə) qəbul etmək qərarına gəlib: federal büdcənin gəlirləri 19,969 trilyon rubl, xərcləri isə – 18,037 trilyon rubl proqnozlaşdırılıb. 

Eyni zamanda, Rusiya hökuməti büdcəni hesablayarkən "qara qızıl"a daha yüksək qiymət qoyub: 2019-cu ildə "Urals" markalı neftin qiyməti bir barel üçün 63,4 dollar səviyyəsində proqnozlaşdırılıb. 

Rusiya hökumətinin yaxın 3 il ərzində rus rublunun yumşaq devalvasiyasını həyata keçirmək niyyətində olmadığı azərbaycanlı ixracatçılar üçün az əhəmiyyət daşımır.

2019-cu ildə rublun dollara qarşı orta illik kursu 1 dollara görə 63,9 rubl səviyyəsində planlaşdırılır. 2020-ci ildə 1 dolların 63,8 rubl, 2021-ci ildə isə 64 rubl olması nəzərdə tutulur.

Qeyd edək ki, cari ilin 25 oktyabrında RF Mərkəzi Bankının məzənnəsinə görə, 1 dollar 65,6299 rubl dəyərindədir. Bununla yanaşı, Rusiya hökuməti proqnozlaşdırır ki, yaxın üç il ərzində rus rublunun məzənnəsi hazırkı səviyyədən yüksəlməyəcək.

Rusiya və Azərbaycanın dövlət büdcəsində verilmiş proqnozlar dünya bazarında neftin qiymətlərinin birdən-birə aşağı düşməsi ilə alt-üst ola bilər. Neftin qiymətləri siyasi bəyanatlardan asılı olaraq çox sürətlə aşağı düşür. Hal-hazırda neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı tendensiya müşahidə edilir: oktyabrın 3-də bir barel neftin qiyməti 86 dollardan yuxarı olduğu halda, oktyabrın 25-də 1 barel neftin qiyməti 76 dollardan aşağı düşdü. 

Göründüyü kimi, "qara qızıl"ın bir barelinin qiyməti bir ayın içində 10 dollara qədər aşağı düşdü. Büdcə proqnozu isə illik müəyyənləşdirilir. Belədə Azərbaycan hökumətinin qiymətlərdən sığortalanmaq üçün nəzərdə tutduğu əlavə 15 dolların heç bir önəmi qalmır.

Azərbaycanın 2018-ci il dövlət büdcəsində 1 barel neftin qiyməti 45 dollar nəzərdə tutulmuşdu. Bu proqnoz yalnız iyun ayında — neftin qiyməti 55 dollara çatanda özünü doğrultmağa başladı.

2017-ci il büdcəsində isə bir barel neftin qiyməti 40 dollardan hesablanmışdı. 2016-cı ildə bu rəqəm 1 barelə görə 25 dollar, 2015-ci ildə 90 dollar, 2014-cü ildə isə 100 idi.

5752
Əlaqədar
“ASAN xidmət”in büdcəsi artırılır
İnanılmaz rəqəm: 854 milyardlıq büdcə təsdiqləndi
İlham Əliyev “Dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər etdi
Cari ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi