İlham Əliyev İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində

İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"

32
Dövlət başçısı: "Biz kənd təsərrüfatının inkişafına nail oluruq"

BAKI, 22 oktyabr — Sputnik. "Biz kənd təsərrüfatının inkişafına nail oluruq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib: "Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni kanalların, beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin Dövlət İnvestisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq. Əvvəlki illərdə də bu sahəyə böyük diqqət göstərmişik və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti illərdə daha böyük diqqət göstəriləcək. Çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Digər tərəfdən, başqa infrastruktur layihələrinin icrası demək olar ki, başa çatır. Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır". 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

"Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq. Əlbəttə ki, bu, kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Hesab edirəm ki, builki göstəricilər də qənaətbəxşdir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Eyni zamanda, su olan yerdə məhsuldarlıq da artır. Biz bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının fəaliyyətində görürük. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan çoxdur. Ona görə, həm meliorativ tədbirlər, həm kənd təsərrüfatı sahəsində aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan düzgün analizin aparılması və fermerlərə buna uyğun olaraq tövsiyələrin verilməsi, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının dövlət xətti ilə ölkəmizə gətirilməsi, — qeyd etməliyəm ki, bu il 5 mindən çox, keçən il 9 mindən artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə verilmişdir, — gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, — torpaq vergisi istisna olmaqla, — bütün bu tədbirlər və üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq. Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir", — prezident İlham Əliyev vurğulayıb.

32
Əlaqədar
İlham Əliyev: "Türkiyənin gücü bizim gücümüzdür"
İlham Əliyev bir qrup şəxsi mükafatlandırdı
İlham Əliyev 3 rayona 15 milyon pul ayırdı
İlham Əliyev Azərbaycanın altı ölkədəki səfirini geri çağırdı
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Bank işçiləri, arxiv şəkli

Dövlətlə yarıbayarı "şərik": kredit sel kimi axacaq

284
(Yenilənib 19:45 03.07.2020)
"Yeni mexanizmə uyğun olaraq sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Azərbaycanda sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az). Sputnik Azərbaycan xəbər verir ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edə bilər. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Bu Platforma sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılıb. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib.

Bu Platformanın tətbiqi ilə kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün yaradılan Elektron Kredit Platforması müsbət addımdır: "Platforma yeni bir məhsuldur və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması baxımından yaxşıdır. Bu addımla təminat və kreditlər üzrə faizlərin subsidiyalaşdırılması imkanları genişlənəcək.

Yeni mexanizm mövcud göstəricilərlə müqayisədə təxminən 6 dəfə çox kredit vəsaitinin bazara axını üçün imkanlar yaradır. Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, dövlət zəmanəti kreditlərin 60 faizədək hissəsinə veriləcək və bu addım bankların risklərinin azalmasına səbəb olur. Nəticədə bu, bankların izafi likvidliyinin aradan qalxmasına və həmin vəsaitlərin iqtisadiyyata axmasına gətirib çıxardacaq".

"Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi, müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək, yəni illik faiz dərəcəsi 15 faizədəkdir. Bu, o deməkdir ki, banklar rəqabət aparıb daha aşağı faizlərlə kredit verə biləcək. Bu, müsbətə doğru dəyişiklikdir. Bu mexanizmlə verilən kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdiriləcək. Yəni subsidiya kreditlərin illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək. Bu, o deməkdir ki, sahibkar illik 7,5 və daha aşağı faizlə kredit götürə biləcək", - deyə ekspert bildirib.

O qeyd edib ki, sahibkar bankdan illik 15 faizlə kredit götürürsə, bunun 7,5 faizini, yəni 50 faizini dövlət kompensasiya edəcək, subsidiyalaşdıracaq: "Məsələn, sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək. Bu mexanizm üzrə 3 milyon manatadək kredit götürmək olacaq. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 min manatadək) üzrə 7 iş günü, ənənəvi kredit (200 min manatdan çox) üzrə isə 10 iş günü ərzində baxılacaq".

Qeyd edək ki, dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.

Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından "Asan imza" vasitəsilə "Elektron kredit platforması"na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti "Elektron kredit platforması"nda "Şəxsi kabinet"inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

284
Əlaqədar
Mərkəzi Bankda valyuta ehtiyatları ilə nə baş verir?
Birinə bonus, o birinə malus: Adlara təəccüblənməyin, baş verəcəklərə mat qalacaqsınız
Professor: "Vahid valyutaya söykənən dünya iqtisadi sisteminin gələcəyi yoxdur"
Dövlətin sandığı dardır, vətəndaşın cibi: Yardım çatmır, qaldırmaq da mümkün deyil
Dollardan kəsirimiz var: nə borc əl verir, nə də devalvasiya

Azərbaycanda dünyada elektrik enerjisi - iyirmi il sonra bizi gözləyir

8
(Yenilənib 14:26 03.07.2020)
REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar olaraq qalacaq
İnfoqrafika: Azərbaycanda elektrik enerjisi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 865,5 milyon manatlıq elektrik enerjisi istehsal olunub, bölüşdürülüb və təchiz edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olmayan əhali kateqoriyasından olan abunəçilər üçün bir kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,07 manat (0,04 dollardan bir qədər çox) təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu güzəştli limit müvəqqəti olaraq 400 kilovat-saata qədər artırılıb. Əhali kateqoriyasından olan digər abunəçilər üçün tarif hər kilovat-saat elektrik enerjisinə görə 0,11 manat (0,06 dollar) təşkil edir.

İstehsal olunan elektrik enerjisinin strukturunu müvafiq olaraq 94,1% istilik enerjisi, 5,3% hidroenerji, 0,4% külək, 0,2% günəş enerjisi təşkil edir.

Əhali üçün elektrik enerjisi tariflərinin ən yüksək olduğu TOP-10 ölkə Almaniya, Danimarka, Belçika, İrlandiya, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Böyük Britaniya və Niderlanddır.

Dünya ölkələrində elektrik enerjisinin generasiyasının strukturunu əsasən qaz, kömür, su, atom, külək, mazut və biokütlə elektrik stansiyaları təşkil edir.

REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar yanacaq növləri olaraq qalacaq.

Azərbaycanda və dünyada elektrik enerjisi istehsalı haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış ola bilərsiniz.

8
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

0
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla