Türkiyə lirəsi, arxiv şəkli

Türkiyə-ABŞ münasibətləri düzəlir, gözlər lirəyə zillənib

82
(Yenilənib 19:36 22.10.2018)
"Türkiyənin xarici ticarət dövriyyəsində təxminən 77 milyard dollara yaxın mənfi saldo var"

BAKI, 22 oktyabr — Sputnik. "Türkiyə-ABŞ münasibətlərindəki dinamikliyi indiki halda Ankara üçün vacib olaraq qalır. ABŞ-la münasibətlərin yaxşılaşması Türkiyə iqtisadiyyatına müsbət psixoloji təsir göstərəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb.

Ekspertin sözlərinə görə, bununla belə, Türkiyənin xarici ticarət dövriyyəsində təxminən 77 milyard dollara yaxın mənfi saldo var: "Bunun da azaldılması vacibdir. Lirənin məzənnəsində kəskin bahalaşma gözlənilmir. Ancaq bazar amerikalı keşiş Branson hadisəsinə psixoloji reaksiya verməyə başlayıb. Keşiş Bransonun azadlığa buraxılması lirənin məzənnəsində stabilliyə nail olunması baxımından vacib idi. Amma Türkiyə valyutasının məzənnəsində kəskin möhkəmlənmə inandırıcı deyil".

82
Teqlər:
iqtisadçı-ekspert Vüqar Bayramov, lirə, Türkiyə, ABŞ, açıqlama
Əlaqədar
Ekspert: “Azərbaycan sahibkarları üçün türk lirəsinə keçid məqbul deyil”
Ekspert lirəsi olanlara xəbərdarlıq etdi
Trampdan Türkiyəyə daha bir ağır sanksiya gəlir: Lirə duruş gətirəcəkmi?
Avropa Mərkəzi Bankı lirənin ucuzlaşmasından narahatdır