Nyu-York fond birjası

ABŞ-da birjalar çökdü Dünya yeni böhran astanasında

420
(Yenilənib 16:54 11.10.2018)
Artıq bir müddətdir ABŞ və Çin arasında ticarət müharibəsi gedir

BAKI, 11 oktyabr — Sputnik. ABŞ fond birjaları prezident Donald Trampın başlatdığı ticarət müharibəsi və növbəti bəyanatlarının yaratdığı neqativ fonunda çöküb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ticarət əməliyyatları göstərir.

Ticarət əməliyyatlarının nəticələrinə əsasən "S&P 500" indeksi 3,29 faiz azalaraq 2785,68 bəndə düşüb. "Dow Jones" sənaye indeksi isə birdən-birə 3,15% və ya 831,83 bənd aşağı düşərək 25598,74 bəndə düşüb. 

Ən çox zərər isə ABŞ-ın aparıcı yüksək texnologiyalar şirkətinin cəmləşdiyi "NASDAQ" indeksinə dəyib. Ticarət əməliyyatlarının yekunlarına əsasən "NASDAQ" 4,08% düşərək 7422,05 bənd olub. Fond birjasının belə genişmiqyaslı düşüşü rekorda səbəb olub. Belə ki, sonuncu dəfə belə birjalarda belə genişmiqyaslı düşüş 2018-ci ilin fevralında qeydə alınıb.

Qeyd edək ki, artıq bir müddətdir ABŞ və Çin arasında ticarət müharibəsi gedir.

Amerika Birləşmiş Ştatları (ABŞ) sentyabr ayından başlayaraq Çindən 200 milyard dollar dəyərində idxal olunan mallara 10% dəyərində yeni gömrük rüsumu tətbiq edib. 2019-cu ilin yanvar ayının 1-dən etibarən isə gömrük rüsumları 25%-ə qədər qaldırılacaq.

Çin dövləti də buna qarşılıq olaraq ABŞ-dan idxal olunan məhsullara gömrük rüsumları tətbiq edəcəyini bildirib. Ekspertlər dünyanın iki nəhəng iqtisadiyyatına malik ölkələr arasında gömrük rüsumları ilə bağlı yaşananların dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini vurğulayırlar.

420
Əlaqədar
Dünya birjalarında qızıl yeddi dollar ucuzlaşıb
Dünya birjalarında qızıl bir dollar ucuzlaşıb
Dünya birjalarında qızıl bahalaşıb
Dünya birjalarında neftin qiyməti sürətlə aşağı düşməyə başlayıb