Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

"Prezidentin yeni fərmanı ciddi nəticələr doğuracaq"

336
(Yenilənib 12:20 08.10.2018)
Ziyad Səmədzadə: "Dövlət başçısının imzaladığı fərman Azərbaycanda bankların fəaliyyətində ciddi dönüşün yaranmasına səbəb olacaq"

BAKI, 8 oktyabr — Sputnik. "Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman çox ciddi sənəddir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, bu sənəd Azərbaycanda bankların fəaliyyətində ciddi dönüşün yaranmasına səbəb olacaq: "Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası kifayət qədər sanballı tədbirlər həyata keçirir. Ancaq bankların bir hissəsinin problemi həll olunmamış qalır".

Qeyd edək ki, oktyabrın 4-də Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)  yeni nizamnaməsini təsdiq edib. Yeni qərarla MBNP publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.

Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.

336
Teqlər:
MBNP, Maliyyə Bazarlarına Nəzarət Palatası, fərman, İlham Əliyev, bank, prezident
Əlaqədar
Mərkəzi Bankın mövqeyi aydın oldu: Manat bahalaşmayacaq
Mərkəzi Bank manatın yeni məzənnəsini açıqladı
"Əhali banklardakı əmanətlərini geri çəkə bilər" - Deputatdan vacib təklif
Mərkəzi Bank bu günün məzənnəsi açıqlayıb