Spirtli içkilər

Spirtli içkilərin niyə qədər bahalaşdığı bəlli oldu: "Podval" dövrü bitir

9191
(Yenilənib 18:36 04.10.2018)
Vergilər Nazirliyi qiymət artımının müsbət təsirlər yaradacağını bildirsə də, satıcılar və alıcılar narazıdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanda yerli istehsal spirtli içkilərin qiyməti bahalaşıb. Belə ki, qiymət artımı 15-20, bəzilərində isə 40 faiz təşkil edir.

Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə supermarketə baş çəkib, spirtli içkilərin qiymətləri ilə maraqlanıb. Məlum olub ki, bütün mağazalarda spirtli içkilər əvvəlki qiymətlərindən 17-20 faiz baha satılır. Satıcılar qiymət artımını aksiz bahalaşması ilə əlaqələndiriblər.

Satıcı Zaur Əhmədovun fikrincə, spirtli içkilərin qiymətinin bahalaşması satışa mənfi təsir edəcək: "Pivədən başqa, bütün alkoqollu içkilərin qiyməti artıb. Bu da alıcılıq qabiliyyətini aşağı salacaq. Alver olmayacaq".

Z.Əhmədovun sözlərinə görə, xaricdən idxal edilən içkilərin qiyməti bir ay əvvəldən bahalaşıb: "Keçən aydan başlayaraq xaricdən gətirilən spirtli içkilərin qiyməti, haradasa, iki dəfə bahalaşdı. Məsələn, əvvəl 10 manata satılan şərab indi 20 manatadır. Bununla bağlı keçən müddətdə satışın azalmasını müşahidə etdik. İndi isə yerli məhsulların qiyməti artırıldı. Yəqin bir ay sonra bu məhsulların da satışında kəskin azalma olacaq".

Spirtli içkilərin satışı ilə məşğul olan Riyad Əliyev də qiymət artımının satışa təsir edəcəyini düşünür: "20 faiz qiymət artımı pivədən başqa, yerli istehsal olan alkoqollu içkilərə — araq, konyak, viski və çaxıra edilib. Ölkədə spirtli içki istehsal edən bütün müəssisələrin məhsullarında qiymət artımı var. Bu da alıcı kütləsinə mənfi təsir göstərəcək".

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, yerli istehsal spirtli içkilərin aksiz markasının bahalaşması ilə bağlı son günlərdə heç bir qərar verilməyib: "İlin əvvəlində xaricdən gətirilən spirtli içkilərin aksiz markasının bahalaşması baş vermişdi. Bu artım da spirtli içkilərin qiymətlərinə istər-istəməz təsir etməli idi".

İqtisadçı spirtli içkilərin qiymətlərinin artırılmasını aksizsiz satılan spirtli içkilərə olan nəzarətin güclənməsi ilə əlaqələndirib: "Hesab edirəm ki, aksizsiz satılan məhsullara nəzarət gücləndiyi üçün qiymət artımı gözlənilən idi. Çünki son zamanlar aksiz markası olmayan külli miqdarda spirtli içki müsadirə edilmişdi".

O, həmçinin qeyd edib ki, bahalaşmaya digər bir səbəb isə xarici ölkələrdə spirtli içkilərin qiymətlərinin artmasıdır: "Azərbaycanda istehsal olunan spirtli içkilərin bütün inqrediyentləri xarici ölkələrdən gətirilir. Buna görə də, yerli istehsalçılar istər-istəməz qiymətləri artırır".

S.Əliyevin sözlərinə görə, ölkədə spirtli içki sahəsində rəqabət olmadığı üçün də qiymət artımı baş verir: "Qiymət artımı çox zaman satışa təsir edir. Siqaretlə spirtli içkilər asılılıq məsələsi olduğu üçün qiymət artımı bu sahəyə çox da təsir etməyəcək".

Vergilər Nazirliyinin bahalaşmaya münasibəti isə belə olub: "Əldə olunmuş nəticələr göstərir ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir".

"Belə ki, bu müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır" – qurumdan bildirilib.

Qeyd olunub ki, aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır: "Göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz — nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib".

Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına sonuncu dəfə xəbərdarlıq edib: "Onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırırıq".

Xəbərdarlıqda bildirilir ki, könüllü bəyan etmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq: "Eyni zamanda, diqqətə çatdırırıq ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir".

Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

"Vətəndaşlar bilməlidirlər ki, aksiz markaları sağlamlığa zərər vuran məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının məhdudlaşdırılmasına, qaçaqmalçılığın və istehlak bazarında saxta məhsulların satışının qarşısının alınmasına xidmət edir" – deyə məlumatda vurğulanır.

9191
Teqlər:
yerli istehsal, satıcı, aksiz, Sputnik Azərbaycan, spirtli içki, satış, faiz, bahalaşma, Vergilər Nazirliyi, ekspert, Samir Əliyev, iqtisadçı, Azərbaycan, qiymət
Əlaqədar
Spirtli içki sevənlərə bəd xəbər
Spirtli içki və siqaret aludəçilərinə məyusedici xəbər
Spirtli içkilərdə qiymət artımı baş verəcək - İlk siqnal gəldi
Spirtli içki və siqaret əməliyyatı keçirilib
Benzin, siqaret və spirtli içkilər bahalaşıb
Neft konteynerləri, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

16
(Yenilənib 14:00 25.11.2020)
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

BAKI, 25 noyabr - Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

16
Teqlər:
barel, neft
Kuryer, arxiv şəkli

Bunu heç kim etməzdi, amma siz etdiniz... - Bakıda yeni qadağaya etiraz

106
(Yenilənib 22:03 24.11.2020)
Həftəsonu ictimai iaşə sektoruna çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilmir, niyəsi də sual doğurur

BAKI, 24 noyabr — Sputnik. Bu gün Hotellər və Restoranlar Assosiasiyası ictimai iaşə sektorundan daxil olan çox saylı müraciətəri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Sputik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir:

“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 Noyabr, 2020-ci il tarixli, 450 saylı Qərarında göstərildiyi kimi, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında bir sıra dəyişikliklər edilib.

Dəyişikliklərdən biri, Qərarın 2.4. bəndində qeyd edilmiş “2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasıdır”.

Həmin Qərarın “Fəaliyyətinə icazə verilən sahələr” adlanan 1 nömrəli Əlavəsinin 5-ci bəndində “fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti” qeyd edilmişdir.

Bildiyimiz kimi, ictimai iaşə müəsissələri qeyd edilən sahələrə aiddirlər, bilavasitə qida məhsullarının istehsalı, tədarükü və təchizatı ilə məşqul olurlar.

Onu da qeyd etməliyik ki, ictimai iaşə müəsissələri pandemiya dövründə uzun müddət boşdayanmaya məruz qalmış və bir çoxu fəaliyyətlərini tam dayandırmamaq məqsədilə çatdırma və “takeaway” xidmətlərinə keçmiş, yəni yerində xidmət göstərməklə yanaşı, əhaliyə qida məhsullarının tədarükü və təchizatı ilə bilavasitə məşğuldurlar.

Yalnız son iki gün ərzində bir sıra ictimai iaşə müəsissələrindən daxil olan müraciətlər onu göstərir ki, istirahət günləri onlara yerində xidmətin dayandırılması ilə yanaşı, onlayn sifarişlər əsasında çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsinə də qadağa qoyulmuşdur.

Müşahidələrimiz onu göstərir ki, “catering” üsulu ilə iaşə xidmətləri göstərən, şirniyyat, qəlyanaltı, yarımfabrikat, təndir yeməkləri və digər ərzaq və qida məhsullarının istehsalı və satışı ilə məşğul olan müəsissələr həftə sonu günlərində heç bir məhdudiyyətsiz çalışırlar.

Bunları nəzərə alaraq sual çıxır ki, çatdırma və “takeaway” xidmətləri göstərən ictimai iaşə müəsissələrinə (restoran və kafelər) hansı məntiqlə həftə sonu günlərində fəaliyyət göstərməyə icazə verilmir. Onu da nəzərə alsaq ki, restoran biznesı pandemiya dövründə ən çox zərər çəkmiş sahələr sırasında olmuş, uzun müddət məcburi boşdayanma yaşamış, sonradan yalnız çatdırma xidmətilə fəaliyyət göstərmişdirlər və hazırda çətinliklə biznesı yaşadırlar, onların vəziyyətinin nə qədər ağır olduğu məlum olar.

Bunu da qeyd etmək istərdik ki, ictimai iaşə sahəsində, xüsusilə bu sahənin kiçik və orta biznes seqmentində, təkçə Bakı şəhərində on minlərlə insan çalışır, məvacib alırlar və ailə dolandırırlar. Həftə sonu fəaliyyətlərinin dayandırılması çox saylı ixtisarlara gətirib çıxara bilər və bunun qarşısının alınması xüsusilə önəmli hesab edilir.

Digər tərəfdən restoran və kafelərin fəaliyyətinin həftə sonu tam dayandırılması tədarük olunmuş ərzaq və qida məhsullarının xarab olması, ay ərzində 7-8 gün boşdayanma, bununla yanaşı icarə, kommunal və digər xərclərin ödənilməsində yeni problemlərin yaranması ilə nəticələnə bilər. Bu isə biznesın itkilərə getməsi, bir çox hallarda kiçik və orta biznesın müflüsləşməsi kimi fəsadlara gətirib çıxarır.

Məlum olduğu kimi pandemiya dövründə içtimai iaşə müəsissələrinin işini tənzimləyən bir sıra metodik göstərişlər və xüsusi nəzarət mexanizmları tətbiq ediliblər. Əminliklə demək olar ki, restoranlar, kafelər və digər ictimai iaşə obyektləri, o cümlədən onların müştəriləri metodik göstərişlərin qaydalarına ciddi şəkildə əməl edirlər və bu məsələyə hamı məsuliyyətlə yanaşır.

Qeyd olunanları nəzərə alaraq xahiş edirik, ictimai iaşə müəsissələrinin həftə sonu çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilməsi mümkünlüyünə bir daha baxılsın. Müsbət qərarın verilməsi restoran biznesının hazırkı vəziyyətində fəaliyyətinə yardımçı olar, onların çətin günlərdə ayağ üstə qalmalarına, iş yerlərinin saxlanmasına və daimi məvaciblərin verilməsinə, icarə, kommunal və digər cari xərclərin ödənilməsinə böyük köməklik göstərmiş olar".

106
Teqlər:
Nazirlər Kabineti, müraciət, takeaway, çatdırılma xidməti, kafe, restoran, mehmanxana, otel
Azərbaycan bayrağı, arxiv şəkli

Ərdoğan partiyasına Qarabağla bağlı tapşırıq verdi

0
(Yenilənib 14:53 25.11.2020)
Türkiyə Prezidenti: Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb.

 

BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.

O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib: 

"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".

Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

0
Teqlər:
AKP, Kəlbəcər, Dağlıq Qarabağ, Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan