ABŞ dolları

Dollarla bağlı pis xəbər gəldi, FED bahalaşmaya getdi

835
(Yenilənib 22:28 26.09.2018)
İnvestorların diqqəti FED-in 2018-ci ilə 4-cü dəfə faiz artırıb-artırmayacağının üzərindədir

BAKI, 26 sentyabr — Sputnik. Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini gözənildiyi kimi 0,25 faiz bəndi artıraraq 2% — 2,25% aralığına qaldırıb.

Beləliklə, FED 2018-ci ildə 3 dəfə faiz artırdı. FED 2017-ci ildə üç dəfə faiz artırmışdı.

Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr toplantısında faizin artırılacağı gözlənilirdi. Əvvəlki (25 bənd) faiz artımı İyun ayı toplantısında həyata keçirilmişdi.

İnvestorların diqqəti FED-in 2018-ci ilə 4-cü dəfə faiz artırıb-artırmayacağın üzərindədir. FED-in dekabrda da faiz artıra biləcəyi ehtimal olunur.

835
Teqlər:
dollar, uçot dərəcəsi, FED, ABŞ Mərkəzi Bankı