Bank kartı, arxiv fotosu

Ləğv olunmuş banklardan kredit alanlara önəmli xəbər

539
(Yenilənib 17:35 12.09.2018)
Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır

BAKI, 12 sentyabr — Sputnik. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımlarının mərkəzləşdirilmiş qaydada təşkilini, yığımların operativliyini və müştərilərin rahatlığını təmin etmək məqsədilə Fondun daxili informasiya sisteminin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş" sisteminə inteqrasiyasını təmin edib.

Sputnik Azərbaycan Əmanətlərin Sığortalanması Fondu-nun saytına istinadla xəbər verir ki, ləğv prosesində olan bankların müştərilərinə kredit borclarını "ASAN ödəniş" sistemi vasitəsi ilə "ASAN ödəniş" terminallarında nağd formada və asanpay.az portalı vasitəsi ilə nağdsız qaydada ödəmə imkanları yaradılıb.

Onlayn ödəmə imkanından yararlanmaq üçün ləğv prosesində olan banklara kredit borcu olan müştərilər www.asanpay.az saytından və ya Fondun rəsmi www.adif.az saytındakı "Kreditlərin online ödənişi" səhifəsinə daxil olmaqla "ASAN ödəniş" sisteminə keçid ala bilərlər.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) www.adif.az internet səhifəsi yeni, müasir tələblərə cavab verən dizaynda istifadəyə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır.

Saytda əmanətlərin sığortalanması sisteminə aid əsas anlayışlar, qüvvədə olan qanunvericilik aktları, ƏSF-nin fəaliyyətinə dair normativ-hüquqi aktlar, Fondun ləğvedici funksiyasını ehtiva edən informasiya və digər məlumatlar yerləşdirilib.

539
Teqlər:
kredit borcu, "ASAN ödəniş", Əmanətlərin Sığortalanması Fondu