Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

DGK sədrindən 145 faiz açıqlaması

© Sputnik / Irade JELILDövlət Gömrük Komitəsinin "gömrük orqanlarında isıahstlar və nəticələri" mövzudunda mətbuat konfransı
Dövlət Gömrük Komitəsinin gömrük orqanlarında isıahstlar və nəticələri mövzudunda mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət əməllərin törədilməsində şübhəli bilinən 496 nəfərin barəsində müvafiq tədbirlər görülüb

BAKI, 12 sentyabr — Sputnik. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Qanununda dəyişikliklər edilməklə 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün ilkin proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnoz 760 milyon manat artırılaraq ümumilikdə 3 milyard 190 milyon manat təşkil etməklə 01 iyul 2018-ci il tarixindən başlayaraq yeni proqnoz göstəriciləri əsasında büdcə öhdəliyinin yerinə yetirilməsi icraya götürülüb". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük orqanlarında islahatlar və nəticələri" mövzusunda keçirilmiş mətbuat konfransında deyib.

Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli - Sputnik Azərbaycan
Kartofa gömrük rüsumu 2 dəfə artırıldı

O, qeyd edib ki, dürüstləşmə nəzərə alınmadan 2018-ci ilin 8 ayı ərzində 1 milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki yerinə yetirmə 2 milyard 270 milyon 964 min manat təşkil etməklə büdcə öhdəliyinə 144,67 faiz və ya 701 milyon 184 min manat artıq əməl olunub.

"Dürüstləşmədən sonra artım nəzərə alınmaqla büdcə öhdəliyi 2 milyard 131 milyon 45 min manat təşkil etməklə faktiki toplanan 2 milyard 270 milyon 964 min manat gömrük vergi və rüsumlarına nisbətdə 106,57 faiz və ya 139 milyon 919 min manat artıq icra olunub" – deyə Mehdiyev bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin 8 ayı ərzində Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 6155 hüquqpozma faktı aşkar edilib: "Bu faktlardan 458-i cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 6 milyon 135 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 496 nəfərin (392 Azərbaycan vətəndaşı, 104 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb".

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
HADİSƏ
Gömrük Komitəsi "Sınıq Körpü” ilə bağlı məlumatlara aydınlıq gətirib

Mehdiyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-ci il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək və gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2018-ci ilin 8 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 150 fakt aşkar olunub.

"Bu faktlar üzrə ümumilikdə 1 ton 19 kq 926 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları: 928 kq 996 qram heroin, 71 kq 601 qram tiryək, 12 kq 741 qram həşiş, 48 qram marixuana, 115 qram metadon, 2,7 qram oksikodon, 1,35 qram hidrokodon, 0,15 qram fenazepam, 1,05 qram ketazolam, 2,5 qram klobazam, 4,86 qram metilfenidat, 0,085 qram zolpidem, 0,625 qram alprazolam, 5 qram fenobarbital, 2,645 qram klonazepam, 1555 qram metamfetamin, 4 kq 845 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Xəbər lenti
0