Mərkəzi Bank

Mərkəzi Bankdan dollarla bağlı bədbin xəbər

516
(Yenilənib 18:06 04.09.2018)
31.08.2018-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 503.5 milyon dollar təşkil edib

BAKI, 4 sentyabr — Sputnik. 31.08.2018-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 503.5 milyon dollar təşkil edib.

Sputnik Azərbaycan quruma istinadla xəbər verir ki, bu, iyulun 31-i ilə müqayisədə 43,4 milyon dollar və yaxud 0,8 faiz azdır.

İyulun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 546.9 milyon dollar təşkil edib.

Amma Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 168,9 milyon dollar və yaxud 3,2 faiz artıb.

516
Teqlər:
azalma, valyuta ehtiyatları, dollar, Mərkəzi Bank